top
Malta millisi Azərbaycanla yoldaşlıq oyunu üçün 34 futbolçudan ibarət ilkin heyətini açıqladı Idman.biz
20 may 2026, 14:59
- ↺ +

Malta millisi Azərbaycanla yoldaşlıq oyunu üçün 34 futbolçudan ibarət ilkin heyətini açıqladı

Azərbaycan futbol millisi Avstriya toplanışı çərçivəsində Malta ilə yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Malta millisinin baş məşqçisi Emilio De Leo iyunun əvvəlində keçiriləcək Slovakiya və Azərbaycanla yoldaşlıq görüşləri üçün 34 futbolçudan ibarət ilkin heyəti açıqlayıb. Malta Futbol Assosiasiyasının məlumatına görə, komanda əvvəlcə 1 iyunda Slovakiya ilə, daha sonra 5 iyunda Azərbaycanla qarşılaşacaq.

Azərbaycan - Malta oyunu Macarıstanın Sombatxey şəhərindəki "Haladaş Sportkompleksum" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Malta Futbol Assosiasiyasının məlumatında bildirilir ki, bu oyunlar baş məşqçi Emilio De Leo üçün UEFA Millətlər Liqası öncəsi heyəti dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. İlkin heyətdə bir neçə yeni ad da yer alıb. Onlar arasında "Reynbous"un hücumçusu Lyuk Borq, "Zabbar Sankt-Patrik"dən Nikolas Akius və İtaliyanın "Kosenza" klubunda çıxış edən Kevin Kannavo xüsusi qeyd olunub.

Heyətə əvvəlki toplanışlarda iştirak etməyən bəzi futbolçular da qayıdıb. "Mosta"dan Ceyk Vassallo, "Zabbar Sankt-Patrik"dən Kin Şikluna və "Hamrun Spartans"dan Matias Qarsiya yenidən milliyə dəvət alıblar. Təcrübəli cinah müdafiəçisi Rayan Kamenzuli isə zədə səbəbindən heyətə daxil edilməyib.

Malta millisinin Azərbaycanla oyun üçün ilkin heyəti belədir:

Qapıçılar: Henri Bonello ("Hamrun Spartans"), Raşed Al Tumi ("Slima Vanderers"), Ceyms Sissons ("Çesterfild", İngiltərə), Matias Debono ("Naksar Lions").

Müdafiəçilər: Zak Muskat ("Şaveş", Portuqaliya), Xuan Karlos Korbalan ("Marsaxlokk"), Kurt Şou ("Hibernians"), Enriko Pepe ("Marsaxlokk"), Jan Borq ("Slima Vanderers"), Ceyk Vassallo ("Mosta"), Kin Şikluna ("Zabbar Sankt-Patrik"), Qabriel Ments ("Cezira Yunayted"), Aleandro Qarzia ("Birkirkara"), Mayls Birman ("Floriana"), Karlo Zammit Lonardelli ("Floriana").

Yarımmüdafiəçilər: Metyu Qilyomye ("Hamrun Spartans"), Brandon Dieqo Payber ("Valletta"), Aleksander Satariano ("Atina Kalliteya", Yunanıstan), Ceyk Azzopardi ("Valletta"), Matias Qarsiya ("Hamrun Spartans"), Teddi Teuma ("Standard", Belçika), Adam Maqri Overend ("Slima Vanderers"), Ceyk Qrex ("Floriana").

Hücumçular: Cozef Mbong ("Hamrun Spartans"), Pol Mbong ("Floriana"), İlyas Şuaref ("Sion", İsveçrə), Lyuk Borq ("Reynbous"), İrvin Kardona ("Sent-Etyen", Fransa), Nikolas Akius ("Zabbar Sankt-Patrik"), Basil Tuma ("Ridinq", İngiltərə), Kevin Kannavo ("Kosenza", İtaliya), Nevin Portelli ("Mosta"), Keyon Evurum ("Torino", İtaliya), Andrea Zammit ("Valletta").

Xatırladaq ki, Azərbaycan millisi iyunun 9-da da San-Marino yığması ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər