top
Maksim Medvedev: Lunyovun gedişi Qarabağa zərbə oldu İdman.biz
13 iyun 2024, 09:44
- ↺ +

Maksim Medvedev: "Lunyovun gedişi "Qarabağ"a zərbə oldu"

"Lunyov çox səviyyəli futbolçudur".

Bunu İdman.bizə "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.

O, Azərbaycan çempionunun qapıçı Andrey Lunyovla yollarını ayırmasına münasibət bildirib. Medvedev rusiyalının gedişini ciddi itki hesab edir: "Düzdür, "Qarabağ"a gələndə müəyyən sıxıntıları, problemləri vardı. Ancaq çalışdıq ki, qısa zamanda bu problemlərin həllinə kömək edək. Belə də oldu, bir müddət sonra Lunyov məşqlərə tam şəkildə qoşuldu. Əvvəllər az oynadığı üçün potensialını tam göstərə bilmirdi. Ancaq baş məşqçi ona şans verdi və biz onunla Avropa Liqasının 1/8 finalına qədər irəlilədik, ölkədaxili yarışlarda qızıl dubl etdik. Ona görə də Lunyovun gedişi bizim üçün böyük itkidir. O, peşəkardır".

Sabiq "Qarabağ"lı Andreylə çox yaxın dost olduğunu da deyib: "Həmişə əlaqə saxlayırıq. Lunyov ürəyimcə bir insandır. Bakıya gəldiyi gündən onu dəstəkləyib, demişəm ki, nə ehtiyacın, problemin olsa, birbaşa mənə zəng elə. Çünki "Qarabağ"a gəlməmişdən öncə də biz tanış idik. Lunyov özünü hərtərəfli yaxşı göstərdi. Hamımız ona minnətdarıq. Düzdür, indi yollarımız ayrıldı, başqa komandaya keçdi. Ancaq bu da normaldır. Futbolda daim eyni yerdə qalan futbolçular az olur. Çünki futbolçu yenilik axtarır, daha yüksək qonorara gedir. Məncə, onları da başa düşmək olar. Fikrimcə, Lunyovun gedişi "Qarabağ"a zərbə oldu. İstərdim ki, komandada qalsın".

Qeyd edək ki, "Qarabağ" 32 yaşlı qolkiperlə 2023/24 mövsümünün sonunda başa çatan müqaviləni yeniləməyib. Ağdam klubu artıq ona əvəzləyici də tapıb. Azərbaycan çempionu Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper Fabiyan Buntiç 3 illik müqavilə imzalayıb.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər