Azərbaycan millisinin bombardirləri siyahısında dəyişikliklər baş verib.
İdman.biz xəbər verir ki, buna Qazaxıstanla Macarıstanda keçirilən yoldaşlıq oyunu səbəb olub.
3:2 hesablı qələbə qazanan yığmamızın iki üzvü bombardirlər siyahısında irəliləyib. 14-cü qolunu vuran Emin Mahmudov milli tarixinin ən məhsuldar futbolçusu Qurban Qurbanovun rekordunu təkrarlayıb.
Mahir Emreli isə 6-cı qoluna imza atıb. O, "Qızıl oğlan" Zaur Tağızadəyə çataraq "Top-10"da yer alıb. Yalnız 10 futbolçu yığmada 5-dən artıq, ən azı 6 dəfə fərqlənib.
1-2. Qurban Qurbanov - 14
Emin Mahmudov - 14
3. Ramil Şeydayev - 10
4. Vaqif Cavadov - 9
5. Dmitri Nazarov - 8
6-8. Rauf Əliyev - 7
Branimir Subaşiç - 7
Elvin Məmmədov - 7
9-10. Zaur Tağızadə - 6
Mahir Emreli – 6
Qeyd edək ki, millinin digər qolunun müəllifi Toral Bayramov 2-ci dəfə fərqlənib.
Vüqar Xeyrullayev
İdman.biz