Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv"da baş məşqçi Tomaş Kaçmareklə yollar ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Tomaş ötən ay "Rakuv"a baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, komanda çempionatda 11 turdan sonra 6 xalla 18 komanda arasında sonuncudur.