top
Mahir Emreli Kayzerslauterndə problem yaşayır, transferdə israr edənlər indi narazıdırlar Idman.biz
17 oktyabr 2025, 18:17
- +

Mahir Emreli "Kayzerslautern"də problem yaşayır, transferdə israr edənlər indi narazıdırlar

Xəbər verildiyi kimi, Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə problemlər yaşamaqda davam edir.

İdman.Biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, baş məşqçi Torsten Liberknextin "qara siyahı"sına düşüb.

Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil.

Yerli mətbuat forvardı nə qədər tənqid etsə də, futbolçu bu məsələdə günahsızdır.

Məlumata görə, T.Liberknext Azərbaycan yığmasının ötən ay İslandiyaya qarşı keçirdiyi oyunda Mahirin meydana çıxmasına görə ondan narazı qalıb. Belə ki, "Kazyerslautern" düşərgəsində olarkən zədələnən futbolçu yığma komandaya qoşulduqdan sonra zədəsinin yeni sağalmasına baxmayaraq meydana çıxmışdı. İkinci Bundesliqa təmsilçisinin çalışdırıcı isə bunu etdiyinə görə hücumçunu çempionat matçlarında meydana buraxmır.

Maraqlıdır ki, "Kayzerslautern" yay "transfer pəncərəsi" zamanı Mahirin transferində ən çox israr edən klublardan idi. Futbolçunun "Hannover", "Sankt-Pauli" kimi variantları olsa da, o, kayzerslauternliləri seçdi.

Hətta M.Emreli "Hannover"lə müqavilə imzalamaq üçün masaya da oturub, lakin "Kayzerslautern"in idman direktoru Marsel Klos ona və menecerinə zəng edərək öz klubuna keçməli olduğuna inandırıb.

Klos futbolçunun evinə hədiyyə də göndərib. Ona komandanın əsas forvardı olacağına dair söz də veriblər.

Lakin indiki vəziyyətdə Mahirin transferində israr edən Marsel Klos onun meydana çıxmaq problemini həll edə bilmir.

Emreli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna 1:2 uduzduğumuz oyundan sonra Almaniyaya qayıtdıqda baş məşqçi və idman direktoru ilə bu mövzuda görüşəcəyini bildirsə də, hələ də səs-səmir yoxdur.

Almanlar isə bu gün futbolçunu tənqid ediblər. Sport1.de saytı Mahirin daha çox sosial şəbəkələrə meyilli olduğunu, futboldan daha çox məşhurluğu düşündüyünü yazıb.

Hətta, onlar "Kayzerslautern"in idman direktoru Fritz Fuchsdan bu mövzuda açıqlama alıblar. O isə bunları deyib: "Biz Mahiri idarə etməyin asan olmadığını bilirik".

Görünən odur ki, "Kayzserslautern" rəhbərliyi də artıq Emrelini komandadan göndərmək niyyətindədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər