top
Mahamadu Ba: Qarşıdakı hər oyun bizim üçün həlledicidir Idman.biz
06 aprel 2026, 17:33
- ↺ +

Mahamadu Ba: "Qarşıdakı hər oyun bizim üçün həlledicidir"

"Qarşıdakı hər oyun bizim üçün həlledicidir".

Bunu "Kəpəz"in futbolçusu Mahamadu Ba futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqasının 26-cı turunda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub oldunuz. Matçı necə dəyərləndirirsiz?

– Hər oyunun öz reallığı var. Bu qarşılaşma da istədiyimiz kimi alınmadı, amma futbolun belə anları olur. Vacib olan nəticədən düzgün dərs çıxarmaqdır. Komanda olaraq səhvlərimizi analiz edirik və növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

– Görünən odur ki, fasilə komanda üçün uğurlu olmayıb. Bununla razılaşırsınız?

– Düzdür, fasilədən sonra istədiyimiz nəticəni əldə edə bilmədik. Amma bu o demək deyil ki, komanda geriləyib və ya ruhdan düşüb. Əksinə, biz daha da motivasiyalıyıq və vəziyyəti düzəltmək üçün çalışırıq.

– Fasilədən öncə keçirdiyiniz matçlarda qələbələr qazanaraq 11-ci pillə ilə xal fərqini artırmışdınız. İndi yenə iki xala düşdü. Bu sizi narahat etmir?

– Əlbəttə, xal fərqinin azalması yaxşı deyil. Amma mövsümün sonuna qədər oyunlarımız var və hər matç bizim üçün çox önəmlidir. Biz bu vəziyyəti nəzərə alırıq və hər oyuna maksimum ciddi yanaşırıq.

– Uğurlu seriyanıza qayıda biləcəksiniz? Çoxları düşünür ki, "Kəpəz" artıq Premyer Liqada yerini təmin edib. Bununla razılaşırsınız?

– Hələ heç nə tam həll olunmayıb. Biz heç vaxt rahatlaşmırıq və sona qədər mübarizə aparacağıq. Komanda olaraq məqsədimiz daha yuxarı pillələrə qalxmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

– Qarşıda daha bir sonuncu pillə sahibi "Karvan-Yevlax"la matç var. Qələbə qazanaraq bir az da daha rahatlaşa biləcəksiniz?

– Qarşıdakı hər oyun bizim üçün həlledicidir. "Karvan-Yevlax"la matç da istisna deyil. Qələbə qazanmaq bizə daha çox inam verir. İnşallah, hər şey yaxşı olacaq və istəyimizə çatacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər