"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyovun hələ heç bir klubla anlaşa bilməməsinin səbəbi bəlli olub. Sport24.az xəbər verir ki, bunu rusiyalı qapıçının sabiq agenti Anton Smirnov bildirib.
O, qeyd edib ki, Lunyov onu heyətinə qatmaq istəyən "Dinamo"dan yüksək maaş tələb edir: "Andrey üçün Rusiyada yalnız bir variant qalıb. Bu da "Dinamo"dur. Məndə olan məlumata görə, Andrey Moskva klubundan illik bir milyon avro maaş istəyir".
Qeyd edək ki, Lunyov 2023/24 mövsümü başa çatdıqdan sonra "Qarabağ"dan ayrılıb.