top
Liverpulun Qarabağla oyunu öncəsi ciddi itkiləri var Idman.biz
27 yanvar 2026, 11:22
- +

"Liverpul"un "Qarabağ"la oyunu öncəsi ciddi itkiləri var

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasında "Qarabağ"la oyuna ciddi kadr problemləri ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, "The Standard" nəşrinin yaydığı məlumata görə, Premyer Liqada "Bornmut"a 2:3 hesablı məğlubiyyətdən sonra "Liverpul" daha iki zərbə alıb. Həmin oyunda mərkəz müdafiəçisi Co Qomez qapıçı Alissonla toqquşmadan sonra zədələnərək meydanı tərk etməyə məcbur olub.

Baş məşqçi Arne Slot matçdan sonra futbolçunun durumu ilə bağlı dəqiq proqnoz verə bilməyib:

"Co Alissonla toqquşmadan sonra zərbə aldı, dizində problem yarandı. Sümük sümüyə dəydi və davam edə bilmədiyi aydın idi. İki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını demək çətindir".

Bu zədə fonunda "Liverpul"un mərkəz müdafiəsində yalnız bir əsas oyunçu qalır – komandanın kapitanı Vircil van Deyk. İbrahima Konate isə zədə səbəbindən yox, atasının vəfatı ilə əlaqədar komandadan kənardadır. Slot bildirib ki, fransalı müdafiəçiyə ailəsi ilə vaxt keçirməsi üçün icazə verilib.

Komandanın digər problemləri də müdafiə xəttində cəmlənib. Sağ cinah müdafiəçisi Konor Bredli dizindən ağır zədə alıb və mövsümün qalan hissəsini buraxacaq. O, əməliyyat olunacaq və bərpa prosesinə başlayacaq.

Federiko Kyezanın da durumu qeyri-müəyyəndir. İtaliyalı hücumçu son oyunlarda iştirak etməyib və "Bornmut"la matç öncəsi onun durumu "50/50" kimi dəyərləndirilsə də, yekun heyətə daxil edilməyib. Onun "Qarabağ"la oyunda meydana çıxması ehtimal edilir.

Bundan əlavə, yay transferi Aleksander İsak uzunmüddətli zədə səbəbindən sıradan çıxıb. İsveçli hücumçu "Tottenhem"lə oyunda ayağını sındırıb və əməliyyat olunub. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Digər yeni transfer Covanni Leoni isə mövsümün əvvəlində diz bağlarını qopardığı üçün bu mövsüm "Liverpul"un formasını geyinə bilməyəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, saat 23:59-da keçiriləcək.

@idman.biz İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasında "Qarabağ"la oyuna ciddi kadr problemləri ilə çıxacaq. İdman.Biz xəbər verir ki, "The Standard" nəşrinin yaydığı məlumata görə, Premyer Liqada "Bornmut"a 2:3 hesablı məğlubiyyətdən sonra "Liverpul" daha iki zərbə alıb. Həmin oyunda mərkəz müdafiəçisi Co Qomez qapıçı Alissonla toqquşmadan sonra zədələnərək meydanı tərk etməyə məcbur olub. #futbol️ #uefachampionsleague оригинальный звук - Idman və Biz
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 16:25

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub

Cüdo
Bu gün, 16:20

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək

Futbol
Bu gün, 16:17

DÇ-2026-ya vəsiqə uğrunda son oyunlar: İdman.Biz-in icmalı

Basketbol
Bu gün, 16:05

Məşhurlaşan model nişanlısını sildi: Şok addım

Futbol
Bu gün, 16:00

Bədavi Hüseynov Azərbaycan millisində ən çox oyun keçirən 3-cü futbolçu oldu

Futbol
Bu gün, 15:58

İtaliyalı qadın futbol müxbirlərinin həm görünüşləri, həm də peşəkarlıqları müzakirəyə səbəb olub

Boks
Bu gün, 15:56

"Böyük İpək Yolu" turnirində iştirak edəcək ölkələr və idmançıların sayı açıqlanıb

Voleybol
Bu gün, 15:50

Viktor Boldarev "Neftçi"nin finala çıxmaq şanslarını qiymətləndirib

Futbol
Bu gün, 15:48

"Barselona" Jerar Martinlə müqavilənin uzadılması üçün danışıqlara başlayıb

Futbol
Bu gün, 15:40

Bolqarıstan millisinin sabiq qapıçısı Borislav Mixaylov vəfat edib

Futbol
Bu gün, 15:32

Aqil Nəbiyev: "Turnirdə ən azı yeddi xal toplamalı idik"

Futbol
Bu gün, 15:20

Aqil Nəbiyev: "Avropa çempionatının seçmə mərhələsinin II raundunda 7 xal toplamaq mümkün idi"

Futbol
Bu gün, 15:20

Paulo Dibala "Fənərbağça" və "Qalatasaray"ın maraq dairəsindədir

Cüdo
Bu gün, 15:15

Gəncədə Yeniyetmə Cüdoçular arasında Avropa Kubokunda 11 Ölkənin İdmançıları Mübarizə Aparacaq

Şahmat
Bu gün, 15:00

Şahmat üzrə ölkə çempionatına yekun vuruldu: Qaliblər müəyyən edildi

Minifutbol
Bu gün, 15:00

Azərbaycan minifutbol millisinin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 14:45

Azər Bağırov: Rəqib önəmli deyil, bunu etsək, nəticələr vaxt məsələsidir

Futbol
Bu gün, 14:40

FIFA-dan AFFA-ya "FIFA Series – 2026" turnirinə görə xatirə hədiyyəsi

Futbol
Bu gün, 14:40

İnfantino: İran yığmasının vəziyyətindən xəbərdarıq və çalışırıq

Futbol
Bu gün, 14:38

Borislav Mixaylov vəfat edib: Bolqarıstan futbolu itki verdi

Gimnastika
Bu gün, 14:30

Bakı Dünya Kuboku: Arenaya çıxacaq məşhur gimnastlar – İDMAN.BİZ-in ARAŞDIRMASI

Futbol
Bu gün, 14:20

Lokatelli "İnter" oyunçuları ilə şam yeməyi azarkeşləri qəzəbləndirdi

Futbol
Bu gün, 14:18

Adil Şükürovdan hakimlərə çağırış: Məsuliyyəti maksimum anlamalıdırlar

Futbol
Bu gün, 14:06

Mark Kukurelya "Çelsi"dəki Vəziyyəti və Rəhbərliyi Tənqid Etdi

Oxşar xəbərlər