"Liverpul" yanvar transfer pəncərəsindən əvvəl "Pari Sen-Jermen"in yarımmüdafiəçisi Vitinyanı yaxından izləyir.
İdman.Biz bu barədə "Caught Offside" saytına istinadən məlumat verir.
Məlumata görə, "qırmızılar"ın skaut şöbəsi 25 yaşlı futbolçunu Avropanın ən texniki cəhətdən istedadlı yarımmüdafiəçilərindən biri hesab edir.
PSJ 130 milyon avroluq təklif alsa, Vitinya üçün danışıqlara başlaya bilər. Qeyd olunur ki, "Liverpul"dan əlavə, "Yuventus" və "Arsenal" da portuqaliyalı futbolçunu izləyir.
Vitinya bu mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb, iki qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
"Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.