"Liverpul" və "Komo" futbol klubları 2026/27 mövsümünə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda heç-heçə ediblər.
İdman.Biz xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Matç ərzində hər iki komandanın fərqlənmək imkanları olsa da, tərəflər qol epizodlarından yararlana bilməyiblər.
"Liverpul" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 23-də keçirəcək. Komanda İngiltərə Premyer Liqasının ilk turunda səfərdə "Nyukasl"la qarşılaşacaq.
"Komo" isə A Seriyasında mübarizəyə bir gün əvvəl başlayacaq. Sesk Fabreqasın komandası avqustun 22-də ilk tur çərçivəsində səfərdə "Udineze" ilə üz-üzə gələcək.