top
Liverpul Qarabağla matç öncəsi ciddi itkilərlə üzləşib Idman.biz
Dünən, 11:22
- +

"Liverpul" "Qarabağ"la matç öncəsi ciddi itkilərlə üzləşib

İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasında "Qarabağ"la oyuna ciddi kadr problemləri ilə çıxacaq.

İdman.Biz xəbər verir ki, "The Standard" nəşrinin yaydığı məlumata görə, Premyer Liqada "Bornmut"a 2:3 hesablı məğlubiyyətdən sonra "Liverpul" daha iki zərbə alıb. Həmin oyunda mərkəz müdafiəçisi Co Qomez qapıçı Alissonla toqquşmadan sonra zədələnərək meydanı tərk etməyə məcbur olub.

Baş məşqçi Arne Slot matçdan sonra futbolçunun durumu ilə bağlı dəqiq proqnoz verə bilməyib:

"Co Alissonla toqquşmadan sonra zərbə aldı, dizində problem yarandı. Sümük sümüyə dəydi və davam edə bilmədiyi aydın idi. İki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını demək çətindir".

Bu zədə fonunda "Liverpul"un mərkəz müdafiəsində yalnız bir əsas oyunçu qalır – komandanın kapitanı Vircil van Deyk. İbrahima Konate isə zədə səbəbindən yox, atasının vəfatı ilə əlaqədar komandadan kənardadır. Slot bildirib ki, fransalı müdafiəçiyə ailəsi ilə vaxt keçirməsi üçün icazə verilib.

Komandanın digər problemləri də müdafiə xəttində cəmlənib. Sağ cinah müdafiəçisi Konor Bredli dizindən ağır zədə alıb və mövsümün qalan hissəsini buraxacaq. O, əməliyyat olunacaq və bərpa prosesinə başlayacaq.

Federiko Kyezanın da durumu qeyri-müəyyəndir. İtaliyalı hücumçu son oyunlarda iştirak etməyib və "Bornmut"la matç öncəsi onun durumu "50/50" kimi dəyərləndirilsə də, yekun heyətə daxil edilməyib. Onun "Qarabağ"la oyunda meydana çıxması ehtimal edilir.

Bundan əlavə, yay transferi Aleksander İsak uzunmüddətli zədə səbəbindən sıradan çıxıb. İsveçli hücumçu "Tottenhem"lə oyunda ayağını sındırıb və əməliyyat olunub. Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Digər yeni transfer Covanni Leoni isə mövsümün əvvəlində diz bağlarını qopardığı üçün bu mövsüm "Liverpul"un formasını geyinə bilməyəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də, saat 23:59-da keçiriləcək.

@idman.biz İngiltərənin "Liverpul" klubu UEFA Çempionlar Liqasında "Qarabağ"la oyuna ciddi kadr problemləri ilə çıxacaq. İdman.Biz xəbər verir ki, "The Standard" nəşrinin yaydığı məlumata görə, Premyer Liqada "Bornmut"a 2:3 hesablı məğlubiyyətdən sonra "Liverpul" daha iki zərbə alıb. Həmin oyunda mərkəz müdafiəçisi Co Qomez qapıçı Alissonla toqquşmadan sonra zədələnərək meydanı tərk etməyə məcbur olub. #futbol️ #uefachampionsleague оригинальный звук - Idman və Biz
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 05:11

İliya Topuriya Madriddəki lüks villasını satışa çıxarıb

Basketbol
Bu gün, 04:12

Allen Ayversonun Avstraliyada xərçəng xəstəsi uşaqlarla görüşdən imtinası

Futbol
Bu gün, 03:14

"Çelsi" Duqlas Luisin transferindən imtina etdi

Futbol
Bu gün, 02:11

"Komo" "Fiorentina" üzərində qələbə qazanaraq İtaliya Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 02:06

Bundesliqa: "Sankt-Pauli" - "RB Leypsiq" heç-heçəsi və "Hoffenhaym"ın qələbəsi

Boks
Bu gün, 01:50

Anatoli Malıxin Rafael Fiziyevə dəstək oldu: "Rafa qalib gələcək"

Futbol
Bu gün, 01:31

Konte Dieqo Kostanın "əsəbi tip" ittihamına cavab verdi: "Axmaq adamlar var"

Boks
Bu gün, 01:12

Adesanya Ağ Evdə döyüşmək istəyir, amma siyasətçilər üçün yox

Futbol
Bu gün, 00:52

Mourinyo Arbeloanın "Real Madrid"in baş məşqçisi təyin olunması ilə bağlı danışıb

Digər
Bu gün, 00:34

Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalı açılıb

Digər
Bu gün, 00:19

Test

Futbol
Bu gün, 00:15

"Qarabağ"ın "Enfild Roud"dakı məşqi və "Liverpul" ilə qarşılaşmağa hazırlığı

Futbol
Dünən, 23:59

Marko Yankoviçin "Liverpul"la matçdan gözləntiləri: Uğurlu nəticəyə ümid

Futbol
Dünən, 23:44

"Şəfa" FK futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Futbol
Dünən, 23:39

Onana "Mançester Yunayted"i tərk edə bilər, "İnter"ə qayıdış variantı müzakirə edilir

Futbol
Dünən, 23:23

Qurban Qurbanov "Liverpul" matçı öncəsi komandasının yaxşı oyun sərgiləyəcəyinə ümid edir

Futbol
Dünən, 23:17

Marko Yankoviç "Liverpul" matçı barədə: "Uğurlu nəticəyə ümid edirik"

Futbol
Dünən, 23:13

Qurban Qurbanov "Liverpul" matçı öncəsi: "Futbolçularımın ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanıram"

Boks
Dünən, 23:08

Rafael Fiziyev Ruffinin titulu uğrunda döyüşəcək

Futbol
Dünən, 22:53

"Aston Villa" Temmi Abrahamı transfer etdi

Futbol
Dünən, 22:50

Livakoviç yenidən "Dinamo"da!

Digər
Dünən, 22:23

Çingiz Səmədov sumo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb

Futbol
Dünən, 22:20

Temmi Abraham "Aston Villa"da - RƏSMİ

Futbol
Dünən, 22:09

Daniel Maldini "Atalanta"dan "Latsio"ya keçdi

Oxşar xəbərlər