Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci tur matçını keçirəcək. Sport24.az. xəbər verir ki, ağdamlılar səfərdə İngiltərənin son çempionu "Liverpul"la üz-üzə gələcək.
"Enfild" stadonunda keçiriləcək görüş Bakı vaxtı ilə yanvarın 29-u, saat 00:00-da start götürəcək.
Hazırda aktivində 10 xal olan "Qarabağ" turnir cədvəlində 18-ci "Liverpul" isə 15 xalla 4-cü pillədə qərarlaşıb. Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə pley-offa adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.
Qeyd edək ki, ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VIII tur
00:00. "Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 2:0 (Birinci hissə)
Qol: Mak Allister, 15, Florian Virts, 21
Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç
VAR: Pol van Boekel
AVAR: Yan Boterberq
"Enfild" stadionu, Liverpul, İngiltərə.
Liverpul: Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Van Dayk, Endryu Robertson, Florian Virts, Mak Allister, Soboslai, Məhəmməd Salah, Huqo Ekitike, Kodi Qakpo
Ehtiyat oyunçular: Mamardaşvili, Vudman, Endo, Kerkes, Federiko Kyeza, Nyoni, Nallo, Morrison, Nquma
Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Abdullah Zubir, Coni Montiel, Leandro Andrade, Kamilo Duran
Ehtiyat oyunçular: Amin Ramazanov, Fabian Buntiç, Sami Mmae, Kris Koaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Oleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov