***
00:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən "Liverpul" və "Qarabağ" komandaları arasındakı oyunda ilk hissə başa çatıb.
Lent.az xəbər verir ki, "Enfild" stadionunda təşkil olunan matçda ev sahibləri fasiləyə 2:0 üstünlüklə yollanıb.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.