top
Liverpul - Qarabağ: Matçın Nəticəsi Sport24.az
29 yanvar 2026, 01:09
- +

"Liverpul" - "Qarabağ": Matçın Nəticəsi

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci tur matçını keçirəcək. Sport24.az. xəbər verir ki, ağdamlılar səfərdə İngiltərənin son çempionu "Liverpul"la üz-üzə gələcək.

 

"Enfild" stadonunda keçiriləcək görüş Bakı vaxtı ilə yanvarın 29-u, saat 00:00-da start götürəcək.

 

Hazırda aktivində 10 xal olan "Qarabağ" turnir cədvəlində 18-ci "Liverpul" isə 15 xalla 4-cü pillədə qərarlaşıb. Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə pley-offa adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

 

Qeyd edək ki, ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

 

00:00. "Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) 3:0 (İkinci hissə)

Qol: Mak Allister, 15, Florian Virts, 21, Məhəmməd Salah, 50

Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç

VAR: Pol van Boekel

AVAR: Yan Boterberq

"Enfild" stadionu, Liverpul, İngiltərə.

 

Liverpul: Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Van Dayk, Endryu Robertson, Florian Virts, Mak Allister, Soboslai, Məhəmməd Salah, Huqo Ekitike, Kodi Qakpo

Ehtiyat oyunçular: Mamardaşvili, Vudman, Endo, Kerkes, Federiko Kyeza, Nyoni, Nallo, Morrison, Nquma

 

Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Abdullah Zubir, Coni Montiel, Leandro Andrade, Kamilo Duran

Ehtiyat oyunçular: Amin Ramazanov, Fabian Buntiç, Sami Mmae, Kris Koaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Oleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:12

Fransa Futbol Federasiyası İnfantinonun Dünya Kubokunda Pay Satma Planına Qarşı Çıxıb

Futbol
Bu gün, 01:53

Mark Kukurelya milli komandanın dünya çempionluğunu qeyd edib

Futbol
Bu gün, 01:35

İspaniya La Liqası FIFA prezidentinin dünya çempionatındakı payını satmaq planlarını pisləyir

Futbol
Bu gün, 01:14

Atletiko Madrid “Xetafe”ni yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 00:54

“Milan” Franko Barezinin ölüm xəbərini təkzib edib

Futbol
Bu gün, 00:19

Fənərbaxça UEFA Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Futbol
Bu gün, 00:15

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Dünən, 23:59

Zirə - Payde matçından əvvəl son məşq

Güləş
Dünən, 23:44

Azərbaycan gənc güləşçiləri dünya çempionatında ikinci yeri tutdu

Futbol
Dünən, 23:29

Neftçi - Dinamo: Baş məşqçi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlama verib

Minifutbol
Dünən, 23:01

Kayrat Çempionlar Liqasının üçüncü mərhələsinə yüksəlib

Güləş
Dünən, 22:51

U17 Dünya Çempionatında Milli Komandamız Dünya İkincisi Oldu

Futbol
Dünən, 22:38

“Bavariya”nın idman direktoru: “Olisenin “Real”a transferi mövzusu bitib”

Futbol
Dünən, 22:24

Kəpəz PFK-nın yeni rəhbəri Gəncə şəhər icra başçısı ilə görüşdü

Futbol
Dünən, 22:06

Mikel Arteta “Arsenal”ın heyətinin güclənəcəyini açıqlayıb

Futbol
Dünən, 21:51

AFC İnfantinonun Dünya Kuboku planına reaksiya verib

Futbol
Dünən, 21:26

Fransa millisinin loqosu dəyişdirildi

Qarabağ FK
Dünən, 20:57

Tahir Gözel “Qarabağ”la Bolqarıstana səfər edib

Güləş
Dünən, 20:50

Rüstəm Məmmədov Avropa atletika çempionatında üçtəkanla tullanma növü üzrə mübarizə aparacaq

Futbol
Dünən, 20:34

Bayer Leverkuzen Genk üzərində qələbə qazandı

Futbol
Dünən, 20:19

Aaron Maluda “Bazel”ə transfer olunub

Futbol
Dünən, 20:04

KONKAKAF İnfaninonun Dünya Kuboku planlarına reaksiya verib

Qarabağ FK
Dünən, 19:58

Luka Quqeşaşvili "Göztepe"yə keçdi

Futbol
Dünən, 19:43

Gəncə İH başçısı “Kəpəz” PFK-nın yeni sədrini qəbul edib

Oxşar xəbərlər