"Liverpul" – "Qarabağ" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 15-ci dəqiqədə Aleksis Makallister İngiltərə klubunun heyətində fərqlənib - 1:0.
00:05
"Liverpul" – "Qarabağ" oyununun 2-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Ceremi Frimponq zədələnərək meydançanı tərk edib. Onu Vataru Endo əzvəzləyib.
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Liverpul" - "Qarabağ" oyunu start götürüb.
İdman.Biz bildirir ki, qarşılaşma əfsanəvi "Enfild Roud" stadionunda keçirilir.
23:07
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda üz-üzə gələcək İngiltərənin "Liverpul" və Azərbaycanın "Qarabağ" komandalarının start heyətləri bəlli olub.
İdman.Biz-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Liverpul": Alisson Bekker, Ceremi Frimponq, Rayan Qravenberx, Virdcil Van Deyk (k), Robertson, Florian Virts, Aleksis Makallister, Dominik Soboslai, Məhəmməd Salah, Yoqo Ekitike, Kadi Qakpo
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
09:08
Bu gün "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, görüş "Enfild Roud" stadionunda, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
Oyunu slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Qeyd edək ki, Mersisayd təmsilçisi hazırda 15 xalla dördüncü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.