"Liverpul" İngiltərə Premyer Liqasındakı rəqibi "Mançester Yunayted"in uzun müddətdir maraq göstərdiyi "Everton"un mərkəz müdafiəçisi Cerrad Brantueyti transfer etməyi nəzərdən keçirir.
İdman.Biz "Football Insider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı ingiltərəli futbolçunun çıxışını yaxından izləyir və gələn il onun transferi üçün hərəkətə keçə bilər.
"Mançester Yunayted" də Brantueytə marağını itirməyib. Mançester klubu bir neçə il əvvəl müdafiəçinin transferi üçün rəsmi təklif göndərsə də, "Everton" bunu qəbul etməyib.
Liverpul təmsilçisinin də diqqətini çəkən futbolçunun transferi üçün ciddi məbləğ tələb olunur. "Everton" Brantueyti 80 milyon funt sterlinqə (96 milyon avro) qiymətləndirir.
Müdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla yeddi qarşılaşmada iştirak edib. Onun "Everton"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı isə Brantueytin bazar dəyərini 45 milyon avro (90 milyon manat) göstərir.