Fransa Liqa 1-də 20-ci turun oyununda "Tuluza" doğma meydanda "Oser"lə qolsuz heç-heçə edib.
İdman.Biz xəbər verir ki, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "Oser"ə qarşı qalibiyyət qazanmaqla Avropa kubokları zonasına yaxınlaşmaq istəyən "Tuluza" məqsədinə çata bilməyib.
Son beş turda dörd qələbə qazanan və 11 qol vuran "bənövşəyilər" bu görüşdə üstünlüyü ələ alsalar da, yaratdıqları imkanları qola çevirə bilməyiblər.
Bu nəticə ilə "Tuluza" turnir cədvəlində 30 xalla 8-ci yerdə qalıb. Autsayderlər qrupunda yer alan "Oser" isə 13 xalla 17-cidir.
22:38
Fransa Liqa 1-in 20-ci turunda "Nitsa" doğma meydanda "Brest"lə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmanın ilk hissəsi qonaqlar üçün uğurlu alınıb. 15-ci dəqiqədə təyin olunan penaltini Romen Del Kastilyo dəqiq yerinə yetirib. Ardınca Kamori Dumbiya hesabı 2:0-a çatdırıb.
İkinci hissədə isə meydan sahibləri geri dönüşə imza atıblar. Əli Abdi 63-cü dəqiqədə baş zərbəsi ilə fərqi azaldıb. 71-ci dəqiqədə isə Elye Vahi təkbətək epizodu dəqiq tamamlayaraq hesabı bərabərləşdirib.
Bu nəticə ilə "Nitsa" 22 xalla 13-cü pilləyə yüksəlib. "Brest" isə 23 xalla 12-cidir.
20:03
Fransa Liqa 1-in 20-ci turunda "Lion" doğma meydanda "Lill"lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, matçda yeganə qol 37-ci dəqiqədə "Lion"un yarımmüdafiəçisi Noa Narti tərəfindən vurulub.
Bu nəticədən sonra "Lion" 20 turdan sonra 39 xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Lill" isə 32 xalla beşinci yerdədir.