top
Liqa 1: Renn - Lill (1:2), Havr - Lion (0:0), Strasbur - Paris (0:0) Idman.biz
16 mart 2026, 02:13
- ↺ +

Liqa 1: "Renn" - "Lill" (1:2), "Havr" - "Lion" (0:0), "Strasbur" - "Paris" (0:0)

Fransa Liqa 1-in 26-cı turu çərçivəsində "Renn" öz meydanında "Lill" komandasını qəbul edib. Avrokuboklar uğrunda mübarizə aparan iki iddialı kollektivin qarşılaşmasında üstün tərəf qonaqlar olub.

İdman.Biz xəbər verir ki, oyunun ikinci dəqiqəsində qonaq komanda Matias Fernandez-Pardonun qolu ilə hesabı açıb. 47-ci dəqidədə Hakon Haraldsson hesabı 2:0 edib. "Renn" buraxılan qollardan sadəcə birinin əvəzini çıxa bilib. 59-cu dəqiqədə Esteban Lepaul fərqlənib.

Bu nəticədən sonra "Lill" xallarını 44-ə çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Renn" isə 43 xalla yeddincidir.

22:24

Fransa Liqa 1-in 26-cı turu çərçivəsində keçirilən "Havr" - "Lion" qarşılaşmasında qalib müəyyənləşməyib. "Osean" stadionunda baş tutan matçda qapılara qol vurulmayıb - 0:0.

İdman.Biz xəbər verir ki, oyunun 57-ci dəqiqəsində meydan sahibləri çətin vəziyyətə düşüblər. "Havr"ın müdafiəçisi Stefan Zaqadu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyü qazanan "Lion" qalan vaxt ərzində rəqib müdafiəsini yara bilməyib və mühüm iki xalı itirib.

Bu heç-heçədən sonra 47 xala malik olan "Lion" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 27 xalı olan "Havr" isə 14-cü yerdədir. Çempionata 25 oyundan 57 xalla PSJ liderlik edir.

Qeyd edək ki, növbəti turda "Lion" martın 22-də öz meydanında "Monako"nu qəbul edəcək. "Havr" isə həmin gün səfərdə "Paris"lə qarşılaşacaq.

20:35

Fransa Liqa 1-in 26-cı turu çərçivəsində keçirilən "Strasbur" - "Paris" qarşılaşmasında qalib müəyyənləşməyib. "Stad de la Meno" stadionunda baş tutan matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, hər iki komandanın cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara yol tapmaq mümkün olmayıb.

Bu nəticə ilə "Strasbur" (37 xal) çempionatda ardıcıl üçüncü heç-heçəsini edərək turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi "Paris" (28 xal) isə 13-cü mövqedəki yerini qoruyub.

Qeyd edək ki, bu nəticədən sonra "Strasbur" son beş oyunda cəmi bir qələbə qazansa da, məğlubiyyətsizlik seriyasını dörd matça çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Bu gün, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Bu gün, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Bu gün, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Bu gün, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Bu gün, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Bu gün, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
Dünən, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
Dünən, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
Dünən, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Oxşar xəbərlər