top
Liqa 1: Paris - Brest 4:0, Oser - Anje 3:1, Strasbur - Tuluza 1:2, Lill - Havr 1:1 Idman.biz
03 may 2026, 21:33
- ↺ +

Liqa 1: "Paris" - "Brest" 4:0, "Oser" - "Anje" 3:1, "Strasbur" - "Tuluza" 1:2, "Lill" - "Havr" 1:1

Fransa çempionatının 32-ci turunda "Paris" doğma meydanda "Brest"i sınağa çəkib. Paytaxt klubunun tam üstünlüyü ilə keçib və 4:0 hesabı ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 13-cü dəqiqədə Rudi Matondonun qolu ilə önə keçiblər. 20-ci dəqiqədə Villem Jebbels fərqi iki topa çatdırıb. Oyunun 67-ci dəqiqəsində Rudi Matondo özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesabı darmadağın səviyyəsinə çatdırıb. Matçda son nöqtəni 89-cu dəqiqədə Luka Koleoşo qoyub.

Bu qələbə sayəsində 41 xal toplayan "Paris" Liqa 1-in turnir cədvəlində 11-ci pilləyə yüksəlib. 38 xalı olan "Brest" isə 12-ci yerdədir.

Paralel keçən oyunda "Oser" öz meydanında "Anje"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Oser" matçın 12-ci dəqiqəsində Seku Maranın qolu ilə hesabı açıb. Fasiləyə qədər başqa qol vurulmasa da, ikinci hissədə meydan sahibləri üstünlüklərini artırıblar. 61-ci dəqiqədə Mara dublunu rəsmiləşdirib, 67-ci dəqiqədə isə Lassin Sinayoko üçüncü topu rəqib qapısından keçirib. "Anje"nin yeganə təsəlli qoluna 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qoduin Kualipu imza atıb. Qonaqlar Mohamed Amin Sbainin qırmızı vərəqə alması səbəbindən bütün ikinci hissəni on nəfərlə oynayıblar.

Hazırda "Oser" 28 xalla 16-cı, "Anje" isə 34 xalla 13-cü pillədə qərarlaşıb.

Digər oyunda isə "Strasbur" öz meydanında "Tuluza"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 30-cu dəqiqəsində İsmayıl Dukurun ötürməsindən sonra Samuel Amo-Ameyo fərqlənib. Lakin "Tuluza" fasiləyə qədər tarazlığı bərpa etməyi bacarıb. Kristian Kasserresin assistentliyi ilə Deyann Metal topu rəqib qapısından keçirib.

Qonaqlar qələbə topunu oyunun sonunda vurublar. Matçın 84-cü dəqiqəsində Emersonn Korreyya da Silva komandasına üç xal qazandıran qola imza atıb. Bu epizodda da ötürməni Kristian Kasserres edib.

Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran "Tuluza" turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Hesabında 46 xalı olan "Strasbur" isə səkkizinci yerdə qərarlaşıb.

19:14

Fransa Liqa 1-in 32-ci turu çərçivəsində "Lill" və "Havr" komandaları üz-üzə gəliblər. Mayın 3-də baş tutan qarşılaşmada qalib müəyyənləşməyib və oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri matçın 30-cu dəqiqəsində hesabı açıblar. Romen Perronun ötürməsindən sonra Hakon-Arnar Haraldsson topu rəqib qapısından keçirib. Lakin "Havr" məğlubiyyətdən qaçmağı bacarıb. Qonaqların heyətində İssa Sumare fərqlənərək komandasına bir xal qazandırıb. "Lill" qələbə topunu vurmaq üçün cəhd göstərsə də, bu səylər nəticəsiz qalıb.

Bu bərabərlikdən sonra 58 xalı olan "Lill" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan "Havr" isə 14-cü yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Oxşar xəbərlər