top
Liqa 1: Lion Renni məğlub edib, Paris, Oser və Tuluza da qələbə qazanıb, Lill və Havr heç-heçə edib Idman.biz
04 may 2026, 00:54
- ↺ +

Liqa 1: "Lion" "Renn"i məğlub edib, "Paris", "Oser" və "Tuluza" da qələbə qazanıb, "Lill" və "Havr" heç-heçə edib

Fransa Liqa 1-in 32-ci turu çərçivəsində keçirilən qarşılaşmada Fransanın "Lion" futbol komandası "Renn"i qəbul edib. Gərgin keçən mübarizə meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, qonaqlar oyuna sürətli qolla başlayaraq artıq altıncı dəqiqədə hesabı açıblar. "Renn"in heyətində Musa Əl-Tamari fərqlənib. 37-ci dəqiqədə "Lion" Roman Yaremçukun dəqiq zərbəsi sayəsində tarazlığı bərpa edib. 42-ci dəqiqədə isə Korentin Tolisso komandasını hesabda önə keçirib. Fasilədən dərhal sonra Esteban Lepol qonaqların cavab qolunu vuraraq hesabı bərabərləşdirib. Lakin meydan sahibləri təzyiqi artıraraq 52-ci dəqiqədə Afonsu Moreyra, 75-ci dəqiqədə isə Endrikin qolları ilə qələbəni təmin ediblər.

Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran "Lion" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Aktivində 56 xalı olan "Renn" isə beşinci yerdə qərarlaşıb.

21:33

Fransa çempionatının 32-ci turunda "Paris" doğma meydanda "Brest"i sınağa çəkib. Paytaxt klubunun tam üstünlüyü ilə keçib və 4:0 hesabı ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 13-cü dəqiqədə Rudi Matondonun qolu ilə önə keçiblər. 20-ci dəqiqədə Villem Jebbels fərqi iki topa çatdırıb. Oyunun 67-ci dəqiqəsində Rudi Matondo özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq hesabı darmadağın səviyyəsinə çatdırıb. Matçda son nöqtəni 89-cu dəqiqədə Luka Koleoşo qoyub.

Bu qələbə sayəsində 41 xal toplayan "Paris" Liqa 1-in turnir cədvəlində 11-ci pilləyə yüksəlib. 38 xalı olan "Brest" isə 12-ci yerdədir.

Paralel keçən oyunda "Oser" öz meydanında "Anje"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Oser" matçın 12-ci dəqiqəsində Seku Maranın qolu ilə hesabı açıb. Fasiləyə qədər başqa qol vurulmasa da, ikinci hissədə meydan sahibləri üstünlüklərini artırıblar. 61-ci dəqiqədə Mara dublunu rəsmiləşdirib, 67-ci dəqiqədə isə Lassin Sinayoko üçüncü topu rəqib qapısından keçirib. "Anje"nin yeganə təsəlli qoluna 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qoduin Kualipu imza atıb. Qonaqlar Mohamed Amin Sbainin qırmızı vərəqə alması səbəbindən bütün ikinci hissəni on nəfərlə oynayıblar.

Hazırda "Oser" 28 xalla 16-cı, "Anje" isə 34 xalla 13-cü pillədə qərarlaşıb.

Digər oyunda isə "Strasbur" öz meydanında "Tuluza"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı meydan sahibləri açıblar. Oyunun 30-cu dəqiqəsində İsmayıl Dukurun ötürməsindən sonra Samuel Amo-Ameyo fərqlənib. Lakin "Tuluza" fasiləyə qədər tarazlığı bərpa etməyi bacarıb. Kristian Kasserresin assistentliyi ilə Deyann Metal topu rəqib qapısından keçirib.

Qonaqlar qələbə topunu oyunun sonunda vurublar. Matçın 84-cü dəqiqəsində Emersonn Korreyya da Silva komandasına üç xal qazandıran qola imza atıb. Bu epizodda da ötürməni Kristian Kasserres edib.

Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran "Tuluza" turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Hesabında 46 xalı olan "Strasbur" isə səkkizinci yerdə qərarlaşıb.

19:14

Fransa Liqa 1-in 32-ci turu çərçivəsində "Lill" və "Havr" komandaları üz-üzə gəliblər. Mayın 3-də baş tutan qarşılaşmada qalib müəyyənləşməyib və oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri matçın 30-cu dəqiqəsində hesabı açıblar. Romen Perronun ötürməsindən sonra Hakon-Arnar Haraldsson topu rəqib qapısından keçirib. Lakin "Havr" məğlubiyyətdən qaçmağı bacarıb. Qonaqların heyətində İssa Sumare fərqlənərək komandasına bir xal qazandırıb. "Lill" qələbə topunu vurmaq üçün cəhd göstərsə də, bu səylər nəticəsiz qalıb.

Bu bərabərlikdən sonra 58 xalı olan "Lill" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Aktivində 32 xalı olan "Havr" isə 14-cü yerdədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:28

Toni Freyşa, Barça-nın keçmiş prezident namizədi, Real Madrid-in prezidenti Florentino Pérez-in istefasını proqnozlaşdırdı

Futbol
Bu gün, 05:47

Messi Argentina milli komandası ilə son məşqini keçirdi

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Cüdo
Dünən, 21:38

Prezident İlham Əliyev, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimindən video paylaşdı

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
04 oktyabr 2026, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
04 oktyabr 2026, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
04 oktyabr 2026, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
04 oktyabr 2026, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
04 oktyabr 2026, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Oxşar xəbərlər