Növbəti mövsüm Fransa Liqa 1-də mübarizə aparacaq ikinci komanda da müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, "Anje"dir. Komanda 2-ci liqada 2-ci yeri tutaraq "Oser"dən sonra yüksək liqada oynamağa vəsiqə qazanıb.
Qeyd edək ki, Liqa 1-ə yüksələnən sonuncu klub pley-off matçlarından sonra bilinəcək. "Sent-Etyen" "Rodez" - "Paris" cütünün qalibi ilə qarşılaşacaq. Qələbə qazanan komanda elitaya yüksələcək.