Dünya çempionu və səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülmüş argentinalı futbol ulduzu Lionel Messi yeniyetmə komandalar arasında "Messi Kuboku" adlı turnir təsis edib.
"Report"un məlumatına görə, Messi bu barədə özünün "Instagram" hesabında paylaşım edib.
Turnir ABŞ-nin Florida ştatının Mayami şəhərində 9–14 dekabr tarixləri aralığında keçiriləcək. Futbolçunun bildirdiyinə görə, turnirdə iştirakını artıq aşağıdakı komandalar təsdiqləyib: Argentina klubları "River Plate" və "Newell"s Old Boys", ABŞ-dən "Inter Miami", İspaniyadan "Barcelona" və "Atletico", İngiltərədən "Chelsea" və "Manchester City", İtaliyadan isə "Inter".