Argentina millisi Lionel Messinin heyətdəki son oyununa təsadüf edən yoldaşlıq görüşündə Benini məğlub edib. Sport24.az xəbər verir ki, Buenos-Ayresdəki "Monumental" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yanaşı, həm də iki məhsuldar ötürmə edib. 48-ci dəqiqədə Nikolas Otamendinin, 61-ci dəqiqədə isə Niko Pazın qol vurmasına şərait yaratdı.
Qeyd etmək lazımdır ki, bu matç həm də Otamendinin Argentina yığmasının heyətində sonuncu oyunu olub.