İngiltərə millisinin keçmiş üzvləri Qari Lineker və Alan Şirer, bu yaxınlarda qonaq olduqları "The Rest is Football" podkastında "Komo"nun baş məşqçisi Sesk Fabreqasa mələhət veriblər. Sport24.az xəbər verir ki, hər iki tanınmış veteran futbolçu Fabreqasa "Mançester Yunayted"in təklifini (əgər klub Maykl Kerrik ilə yollarını ayırmaq qərarına gələrsə) geri çevirməyini tövsiyyə ediblər.
Lineker: "Fabreqasın qarşısında ciddi bir seçim durur. Çünki o, "Komo"da heç olmasa orta səviyyəli uğurlar qazanmağa davam edərsə, mütləq böyük bir klubdan təklif alacaq. Bu, hətta "Yunayted" də ola bilər. Amma o, bu işi qəbul etsə, bu, tam bir dəlilik olardı! Ora məşqçilər üçün əsl "qəbiristanlıq"dır".
Şirer: "Bilirəm ki, bura çox böyük futbol klubudur, amma ordan indiyə qədər nə qədər məşqçinin keçdiyini nəzərə alsaq, hazırda bu, heç də cəlbedici bir iş deyil. Yeganə real üstünlük odur ki, 12 və ya 18 aydan sonra ordan ayrılarkən, çox güman ki, cibinə böyük məbləğdə təzminat qoyub gedəcəksən".
Qeyd edək ki, son günlər mətbuatda "Mançester Yunayted" rəhbərliyinin komandanın hazırkı baş məşqçisi Maykl Kerriklə yolları ayırmaq istədiyi barədə xəbərlər dolaşır.