top
Leandro Andrade: Transfer iddiaları işimi düzgün gördüyümü göstərir, Çempionlar Liqasında tarix yazdıq - MÜSAHİBƏ Idman.biz
15 aprel 2026, 17:23
- ↺ +

Leandro Andrade: Transfer iddiaları işimi düzgün gördüyümü göstərir, Çempionlar Liqasında tarix yazdıq - MÜSAHİBƏ

"Mövsümü qiymətləndirmək çətindir, çünki 3 yarışdan ikisində mübarizəni davam etdiririk".

Bunu "Qarabağ"ın kabo verdeli yarımmüdafiəçisi Leandro Andrade AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Qarabağ" bu mövsüm Azərbaycan Premyer Liqasında "Sabah"la birgə çempionluq mübarizəsi apararır. Əsas rəqibinizlə aranızda 10 xallıq fərq var. Komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- Daha yaxşı vəziyyətdə olmaq üçün çox çalışırıq. Uğurlu nəticələr əldə etmək məqsədilə hər oyuna maksimum fokuslanırıq və bütün matçları qələbə ilə başa vurmaq üçün əlimizdən gələnin daha artığını edirik. Paralel olaraq, digər oyunların nəticələri də mövsümün qalibi adına aydınlıq gətirməsi baxımından önəmlidir, lakin biz əsas diqqətimizi öz oyunlarımıza yönəltmişik. Hazırda əsas məqsədimiz qalan bütün qarşılaşmalarda yüksək səviyyədə çıxış edərək maksimum nəticə qazanmaqdır.

- Aprelin 22-də Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"la cavab oyununa çıxacaqsınız. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. İkinci matç haqqında düşüncələriniz necədir?

- Düşünürəm ki, "Sabah"a qarşı keçirəyəcəyimiz qarşılaşma çox maraqlı olacaq. "Sabah" yüksək keyfiyyətə malik rəqibdir və bu səbəbdən onlara qarşı oynamaqdan böyük zövq alıram. Dediyim kimi, maraqlı qarşılaşma olacaq və bu oyunu böyük səbirsizliklə gözləyirəm.

- Ümumi olaraq, "Qarabağ"ın bumövsümkü çıxışını necə qiymətləndirirsiniz?

- Mövsümü qiymətləndirmək çətindir, çünki 3 yarışdan ikisində mübarizəni davam etdiririk. Hazırda mübarizə aparmadığımız yeganə turnir Çempionlar Liqasıdır və burada da, fikrimcə, uzun və gözəl bir yol keçdik.

- Komandanızın Çempionlar Liqasındakı tarixi performansı və öz çıxışınız haqqında da fikirləriniz maraqlıdır...

- Bu, bir faktdır ki, biz tarix yazdıq və bu, heç vaxt unudulmayacaq bir nailiyyətdir. Amma Çempionlar Liqasındakı iştirakımızı bu qədər xüsusi edən bir neçə amili də sadalaya bilərəm: 30 min azarkeşimizin qarşısında qələbə qazanmaq, onların enerjisini hiss etmək, əfsanəvi stadionlarda oynamaq, dünyanın ən yaxşı komandalarına qarşı mübarizə aparmaq… Bir futbolçu olaraq, bu turnirdə iştirak etməyi, oynamağı, qol vurmağı və qələbə sevinci yaşamağı mənə nəsib etdiyi üçün Tanrıya sonsuz minnətdaram. Bu mövsüm mənim üçün öyrənmə baxımından dəyərli oldu.

- Hər transfer dövründə adınız xarici klublarla hallanır. Hətta bir ara eniş yaşamağınızın "Qarabağ"dan ayrılmaq istəyi ilə bağlı olduğu deyilirdi...

- Mənimlə bağlı maraq və transfer iddialarının olması müsbət haldır, çünki bu, işimi düzgün gördüyümü göstərir. Amma eyni zamanda mənfi tərəfi də var ki, bu, istənilən futbolçunun diqqətini yayındıra bilər. Buna görə də bu cür məsələlərə həddindən artıq önəm vermirəm, diqqətimi gündəlik inkişafıma və komandama yönəldirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər