top
Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı Idman.biz
Bu gün, 04:17
- ↺ +

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

"Barselona"nın 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui növbəti dəfə qalmaqallı davranışı ilə gündəmə gəlib. Onun Barselona hava limanında kafe əməkdaşı və sərnişinlərdən biri ilə mübahisə etdiyi bildirilir.

İdman.Biz İspaniyanın "El Español" nəşrinə istinadən xəbər verir ki, hadisə hava limanının kafe bölməsində baş verib.

Məlumata görə, Nasraui gödəkçəsini icazə verilməyən yerə qoyub. Kafenin qadın əməkdaşı buna etiraz etdikdə futbolçunun atası əsəbiləşib və tərəflər arasında mübahisə başlayıb.

Nəşrin iddiasına əsasən, Nasraui mübahisə zamanı qadının üzünə tüpürüb. Kafe əməkdaşını müdafiə etmək istəyən şəxslərdən biri də onun aqressiyası ilə üzləşib. Bildirilir ki, Yamalın atası stulu götürərək həmin kişiyə atmağa cəhd göstərib.

Bu, son 24 saatda Nasrauinin adı ilə bağlı yayılan ilk qalmaqallı məlumat deyil.

Oktyabrın 26-da Londonda keçirilən "Qızıl top" mükafatlandırma mərasimindən dərhal sonra o, Rusiya nümayəndə heyətinin operatoru ilə də mübahisə edib.

Hadisə mərasimin təşkil olunduğu "London Palladium" teatrının girişində baş verib. Nasraui həmin vaxt küçədə siqaret çəkir və oğlunun qazandığı Kopa mükafatını əlində tuturdu.

Rusiyalı operator futbolçunun atasını təbrik etmək və onu videoya çəkmək üçün yaxınlaşıb. Lakin Nasraui buna aqressiv reaksiya verib və operatorun əlindən telefonu vurub salmağa cəhd edib.

Hadisənin şahidi olan Rusiya millisinin sabiq kapitanı Andrey Arşavin isə gözlənilmədən operatoru günahlandırıb. O, çəkiliş aparan şəxsin davranışını sərt şəkildə tənqid edib.

"Kaş sənin başını yaraydı, Seva! Belə etmək çox çirkindir. Niyə insanların üstünə gedirsən? Onlar əsas "Qızıl top"u uduzdular, daha doğrusu, kiçik "Qızıl top"u qazandılar", - deyə Arşavin bildirib.

Sabiq futbolçu Nasrauinin həmin vaxt sərxoş olduğunu da iddia edib:

"O, tamamilə başqa əhvalda idi, sərxoş idi. Ondan nə gözləyirdin? Sən isə telefonu onun üzünə tutaraq yaxınlaşırsan. Ən pisi də odur ki, məndən onun yanında dayanıb şəkil çəkdirməyimi istəyirdin! Təsəvvür edirsən, o, indi mənim başıma nə oyun açardı?"

Qeyd edək ki, Londonda keçirilən "Qızıl top" mərasimində əsas mükafatı "Bavariya"nın hücumçusu Harri Keyn qazanıb. Lamin Yamal isə Kopa mükafatına layiq görülüb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Oxşar xəbərlər