top
La Liqanın bombardirlərinin statistikası – ARAŞDIRMA İdman.biz
28 may 2024, 09:11
- ↺ +

La Liqanın bombardirlərinin statistikası – ARAŞDIRMA

2023/2024-cü illər mövsümündə İspaniya La Liqasında 380 oyuna 1005 qol vurulub. Mövsüm ərzində 276 futbolçu rəqib qapısına yol tapıb.

İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.

La Liqa mövsümünün ən yaxşı bombardiri 36 oyuna 24 qolla "Jirona"nın ukraynalı forvardı Artyom Dobvik olub (hər oyuna orta – 0,67).

"Jirona" futbolçusu İspaniya çempionatının bombardırı olan 21-ci klub olub. İndiyə qədər 20 komandanın futbolçusu qol yarışının qalibi olmuşdu. Ən çox "Real"ın futbolçuları ən yaxşı bombardir olub - 28 dəfə. Fərdi rekord isə 8 dəfə "Barselona" formasında ən məhsuldar olmuş Lionel Messiyə aiddir.

Messinin daha bir rekordu da hələ əlçatmaz qalıb. Argentinalı 2011/2012 mövsümündə 50 qol vurmuşdu. İndiki bombardir Dobvik bu rəqəmin heç yarısına çata bilməyib.

15 ildən sonra ilk dəfə La Liqanın bombardiri "Real" və ya "Barselona"dan olmayıb. Sonuncu dəfə bu iki nəhəngdən olmayan ən yaxşı bombardir 2008/2009 mövsümündə Madrid "Atletiko"sunun uruqvaylı qolçusu Dieqo Forlan olmuşdu.
Cari bombardir mübarizəsində Aleksandr Serlot ("Vilyarreal") 34 oyuna 23 qolla ikinci olub. Cud Bellingem ("Real") və Robert Levandovski ("Barselona") 19 qolla 3-4-cü yerləri bölüşüblər. İlk onluğa həmçinin 17 qolla Ante Budimir ("Osasuna"), 16 qolla Yussef Ən-Nəsiri ("Sevilya") və Antuan Qrizmann ("Atletiko"), 15 qolla Alvaro Morata ("Atletiko"), Vinisius Junior ("Real") və Borxa Mayoral ("Xetafe") daxil olublar.

Mövsümün "penaltilər kralı" 7 qolla Artyom Dobvik ("Jirona") və Xose Luis Qarsiya Pepeludur ("Valensiya").
Yarımmüdafiəçilərdən ən çox qol vuran çempionatın üçüncü bombardiri Cud Bellingemdir ("Real") – 19 qol. "Almeriya"dan Serxio Arribasın 9 qolu var.

Müdafiəçilərdən ən çox fərqlənən "Jirona"dan Erik Qarsiyadır – 5 qol. Madrid "Real"ından Daniel Karvahalın 4 qolu var.
La Liqada məhsuldar ötürmələrdə ən çox fərqlənən Aleks Baenadır ("Vilyarreal") – 14 dəfə. Niko Uilyams ("Atletik") 11, Yaqo Aspas ("Selta") və Savio ("Jirona") 10 dəfə komanda yoldaşlarına qol vurmağa kömək ediblər. Ümummiyyətlə, mövsümdə 274 futbolçu qol assistentliyi edib.

Qol və məhsuldar ötürmələrin ümumi sayına görə La Liqanın lideri Artyom Dobvikdir ("Jirona"). O, 24 qol vurub, 8 assistentlik edib. Aleksandr Serlotda ("Vilyarreal") bu göstərici 29 (23+6), Robert Levandovskidə ("Barselona") 27-dir (19+8). Ümumilikdə La Liqanın 362 futbolçusu komandasına qol və ya assistentliklə kömək edə bilib.

Vüqar Məmmədov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Oxşar xəbərlər