top
La Liqada bürünc və kimlərin elitada qalacağı bəlli olacaq Idman.biz
23 may 2026, 17:36
- ↺ +

La Liqada "bürünc" və kimlərin elitada qalacağı bəlli olacaq

Futbol üzrə İspaniya La Liqasında mövsüm başa çatmaq üzrədir və çempionun adı artıq məlum olsa da, son tur yenə də ciddi rəqabət vəd edir.

İdman.Biz xəbər verir ki, 38-ci tur öncəsi iki əsas sual açıq qalır: çempionatın bürünc medalını hansı komanda qazanacaq və hansı klublar son üç pillədə qərarlaşaraq Lal Liqanı tərk edəcəklər.

"Barselona" vaxtından əvvəl çempionluğu təmin edib, "Real Madrid" mövsümü ikinci pillədə başa vuracaq, üçüncü yerin taleyi isə "Vilyarreal" və "Atletiko Madrid" arasında keçiriləcək şəxsi görüşdə həll olunacaq. Turnir cədvəlinin aşağı hissəsində "Real Oviedo" artıq elitadan düşüb, "Jirona", "Malyorka", "Elçe", "Osasuna" və "Levante" isə Premyerada qalmaq uğrunda mübarizəni davam etdirirlər.

"Vilyarreal" – "Atletiko Madrid"

Bürünc medallar uğrunda əsas qarşılaşma "La Seramika" stadionunda keçiriləcək. "Vilyarreal" və "Atletiko Madrid" son tura eyni xalla – 69 xalla yanaşırlar. Bu cütün qalibi mövsümü üçüncü pillədə başa vuracaq. Madrid təmsilçisinə isə heç-heçə də kifayət edir, çünki ilk dövrədə "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub edib.

"Vilyarreal" əvvəlki turda "Rayo Valyekano"ya 0:2 hesabı ilə uduzaraq vəziyyətini özü çətinləşdirib. "Atletiko Madrid" isə əksinə, həlledici oyuna "Jirona" üzərində minimal hesablı qələbədən sonra gəlir – 1:0.

Madrid klubu üçün bu qarşılaşma emosional baxımdan da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Antoine Griezmann komandanın heyətində son matçlarını keçirir. O, əvvəlki turda azarkeşlərlə ev stadionunda vidalaşıb və "La Seramika"da "Atletiko"nun heyətində son oyununa çıxacaq.

Cari mövsümdə hər iki komanda artıq Çempionlar Liqasına vəsiqəni təmin edib. Lakin üçüncü yer prestij, status və mövsümün yekun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Jirona" – "Elçe"

"Montilivi" stadionundakı qarşılaşma elitada qalmaq uğrunda turun əsas oyunlarından biri olacaq. "Elçe" 42 xalla 17-ci yerdə qərarlaşıb, "Jirona" isə 40 xalla 18-ci pillədədir. Kataloniya təmsilçisi üçün vəziyyət tam aydındır – komandaya yalnız qələbə lazımdır. Digər istənilən nəticə "Jirona"nı aşağı liqa zonasından çıxarmayacaq.

"Heç-heçə" "Elçe"ni qane etsə də, Eder Sarabianın komandası özünü rahat hiss edə bilməz. Klub səfər oyunlarında uğursuz statistika ilə seçilir, qarşılaşma isə tam dolu tribunalar önündə keçiriləcək.

Bununla yanaşı, "Elçe" həlledici matça heyətlə bağlı yeniliklərlə çıxacaq. Aleiş Febas və Petro diskvalifikasiyadan sonra heyətə qayıdırlar. Adam Boaiyar və Yaqo Santyaqo isə zədəlidirlər. Baş məşqçi Eder Sarabia özü də texniki zonada olmayacaq, çünki diskvalifikasiya səbəbindən cəzasını çəkməyə davam edir.

"Jirona" isə həlledici oyun öncəsi azarkeşlərini səfərbər edib. Klub "Elçe" ilə matçın biletlərinin tam satıldığını açıqlayıb, görüşə yüksək risk statusu verilib. Əvvəlki turda "Atletiko Madrid"ə uduzan Miçelin komandası başa düşür ki, məhz bu qarşılaşma onların Primeradakı gələcəyini müəyyən edəcək.

La Liqanın 38-ci turunun oyunları (bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq)

23 may

"Alaves" – "Rayo Valyekano"

"Betis" – "Levante"

"Selta" – "Sevilya"

"Espanyol" – "Real Sosyedad"

"Xetafe" – "Osasuna"

"Malyorka" – "Real Oviedo"

"Real Madrid" – "Atletik"

"Valensiya" – "Barselona"

"Jirona" – "Elçe"

24 may

"Vilyarreal" – "Atletiko Madrid"

38-ci turdan əvvəl La Liqanın turnir cədvəli

1."Barselona" – 94

2."Real Madrid" – 83

3."Vilyarreal" – 69

4."Atletiko Madrid" – 69

5."Betis" – 57

6."Selta" – 51

7."Xetafe" – 48

8."Rayo Valyekano" – 47

9."Valensiya" – 46

10."Real Sosyedad" – 45

11."Espanyol" – 45

12."Atletik" – 45

13."Sevilya" – 43

14."Alaves" – 43

15."Levante" – 42

16."Osasuna" – 42

17."Elçe" – 42

18."Jirona" – 40

19."Malyorka" – 39

20."Real Oviedo" – 29

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Futbol
Bu gün, 18:52

Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”

Futbol
Bu gün, 18:32

Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Oxşar xəbərlər