top
La Liqa: Realdan qələbə, Atletikodan məğlubiyyət, Jironadan heç-heçə və digər nəticələr – YENİLƏNİB + VİDEO Idman.biz
09 fevral 2026, 02:08
- +

La Liqa: "Real"dan qələbə, "Atletiko"dan məğlubiyyət, "Jirona"dan heç-heçə və digər nəticələr – YENİLƏNİB + VİDEO

"Real Madrid" İspaniya La Liqasının 23-cü turunda səfərdə "Valensiya" üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, "Mestalla" stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Hesabı 65-ci dəqiqədə müdafiəçi Alvaro Karreras açıb. 90+1-ci dəqiqədə isə Kilian Mbappe fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra Madrid klubu 23 oyundan 57 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Valensiya" isə 23 xalla 17-ci yerdədir.

Növbəti turda "Real" fevralın 14-də öz meydanında "Real Sosyedad"ı qəbul edəcək. "Valensiya" isə bir gün sonra səfərdə "Levante" ilə qarşılaşacaq.

00:02

"Atletiko" İspaniya La Liqasının 23-cü turunda öz meydanında "Betis"ə məğlub olub.

İdman.Biz xəbər verir ki, "Sivitas Metropolitano" stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu Antoni vurub. 74-cü dəqiqədə madridlilərin hesabı bərabərləşdirən topu isə ofsayda görə qeydə alınmayıb.

Beləliklə, paytaxt klubunun La Liqada altı oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Bu müddətdə dörd qələbə və iki heç-heçə qeydə alınmışdı. "Atletiko" 45 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. "Betis" isə 38 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, qarşılaşma həm də revanş xarakteri daşıyıb. Belə ki, bu həftə keçirilən İspaniya Kral Kubokunun dörddəbir final matçında "Atletiko" "Betis" 5:0 hesabı ilə darmadağın etmişdi.

21:30

"Athletik Bilbao" İspaniya La Liqasının 23-cü turunda "Levante" üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı üstünlüyü ilə başa çatıb.

"Levante" 17-ci dəqiqədən azlıqda oynayıb. Alan Matturro birbaşa qırmızı vərəqə alıb.

Hesabı 29-cu dəqiqədə Qorka Qurusetа açıb. Hücumçu beş dəqiqə sonra yenidən fərqlənərək dubl edib. 81-ci dəqiqədə qonaqların müdafiəçisi Unay Elgezabal fərqi azaldıb. Lakin 86-cı dəqiqədə Niko Serrano üstünlüyü yenidən iki topa çatdırıb.

90+4-cü dəqiqədə Hon Ander Olasaqasti ikinci qolu vuraraq ümidi artırsa da, 90+9-cu dəqiqədə Robert Navarro yekun nəticəni müəyyənləşdirib – 4:2.

23 turdan sonra Bilbao təmsilçisi 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Levante" isə 22 oyundan sonra topladığı 18 xalla 19-cu sıradadır.

Növbəti turda "Levante" fevralın 15-də evdə "Valensiya" ilə qarşılaşacaq. "Atletik" isə həmin gün səfərdə "Real Oviedo" ilə üz-üzə gələcək.

21:25

"Jirona" İspaniya La Liqasının 23-cü turunda səfərdə "Sevilya" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, hava şəraiti səbəbindən təxirə salınan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqlar artıq ikinci dəqiqədə Lemarın qolu ilə önə keçib.

İkinci hissədə meydan sahibləri təzyiqi artırmağa çalışıblar. Nəhayət, 90+1-ci dəqiqədə Kike Salas hesab bərabərləşib - 1:1.

90+5-ci dəqiqədə "Jirona" penalti qazanıb. Lakin Kristian Stuani 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Beləliklə, tərəflər hərəyə bir xal qazanıblar və "Jirona" 26 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Ondan bir xal az toplayan "Sevilya" isə 13-cüdür.

19:51

İspaniya La Liqasının 23-cü turunda "Alaves" klubu öz meydanında "Xetafe" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində meydan sahibləri daha təhlükəli görünüblər. Lakin "Xetafe"nin qapıçısı David Soriya komandasını xilas edən əsas fiqur olub. O, yarım saat tamam olmamış iki epizodda – təkbətək vəziyyətdə və künc zərbəsindən sonra – qola imkan verməyib.

Fasilədən sonra isə oyunda vəziyyət dəyişib. 53-cü dəqiqədə Vaskes iki toxunuşla topu qapıdan keçirərək hesabı açıb. 72-ci dəqiqədə isə Mauro Arambarri penalty zərbəsini dəqiq yerinə yetirib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Nəriman Axundzadənin komandası MLS-də qələbə qazanub

Güləş
Bu gün, 11:21

AGF və "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb

Futbol
Bu gün, 11:03

Enso Fernandes DÇ-2026 finalında alınmış qırmızı vərəqədən sonra özünə qapanıb

Güləş
Bu gün, 10:56

Ermənistanın gənc güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəliblər

Güləş
Bu gün, 10:43

Türkiyənin gənclər və idman nazirinin müavini hakimlərlə mübahisə edib

Futbol
Bu gün, 10:30

Florentino Peres Vinisius Juniorın şərtlərindən imtina edib

Digər
Bu gün, 10:25

Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 ili

Futbol
Bu gün, 10:00

Azərbaycan klublarının avrokuboklarda III təsnifat mərhələlərinə vəsiqə qazanmaq ehtimalları açıqlanıb

Boks
Bu gün, 09:58

Məhəmmədəli Nuruşov hakimləri sərt tənqid etdi: “Özümü qalib sayıram”

Digər
Bu gün, 09:39

ABŞ-li velosipedçi Sepp Kuss "Tour de France" yarışında uçuruma düşməkdən son anda xilas olub

Futbol
Bu gün, 09:35

Devid Bekhem 2026-cı il Dünya çempionatında milyonlarla dollar qazandı

Futbol
Bu gün, 09:21

Neymar tənqidçilərinə cavab verib

Futbol
Bu gün, 09:08

Seltik klubu Norveçli hücumçunu transfer edəcək

Futbol
Bu gün, 08:14

Mourinyo Vinisiusun “Real”dan ayrılmasına qarşı çıxıb

Futbol
Bu gün, 07:04

PSJ və “Barselona”la “Real”ın Rodri üçün mübarizəsi

Futbol
Bu gün, 06:13

Real Madrid Diomande ilə müqaviləni razılaşdırıb

Futbol
Bu gün, 05:12

Lionel Messinin adı MLS-in ulduzlar oyununa daxil edilməyib

Futbol
Bu gün, 04:15

Yuventus Brunu Fernandeşlə maraqlanır

Futbol
Bu gün, 03:10

İnfantino Argentina millisinə qalibiyyət münasibətilə təbriklərini çatdırdı

Futbol
Bu gün, 02:05

Porto "Aston Villa"ní 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 01:45

Maqomed Ankalayev UFC Fight Night-da qalib gəlib

Gimnastika
Bu gün, 01:26

Britaniyalı gimnast Qabriel Lenqton Birlik Oyunlarında zədələnib

Futbol
Bu gün, 01:07

Sportinq Lissabon Monakonu yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 00:48

Neftçi qadın futbol komandası Çempionlar Liqasındakı mübarizəsini dayandırdı

Oxşar xəbərlər