top
La Liqa: Real Sosyedad Osasuna üzərində qələbə qazandı, Barselona Sevilyanı darmadağın etdi, digər nəticələr Idman.biz
16 mart 2026, 02:18
- ↺ +

La Liqa: "Real Sosyedad" "Osasuna" üzərində qələbə qazandı, "Barselona" "Sevilya"nı darmadağın etdi, digər nəticələr

İspaniya La Liqasının 28-ci turunda "Real Sosyedad" öz meydanında "Osasuna"nı qəbul edib. "Reale Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, basklar oyuna sürətli başlayaraq üstünlüyü ələ keçiriblər. Hesabı 24-cü dəqiqədə Mikel Oyarzabal penalti zərbəsi ilə açıb. Daha sonra səhnəyə Qonsalu Qedeş çıxıb. Portuqaliyalı vinger 28 və 52-ci dəqiqələrdə rəqib qapısına yol taparaq dublunu rəsmiləşdirib. Hər iki qolun ötürməsini Benyat Turrientes verib. Qonaqların təsəlli qolunu isə 77-ci dəqiqədə Viktor Munyos vurub.

Bu qələbədən sonra xallarının sayını 38-ə çatdıran "Real Sosyedad" turnir cədvəlində yeddinci yerə yüksəlib. 34 xalı olan "Osasuna" isə 11-ci pillədə qərarlaşıb.

23:45

İspaniya La Liqasının 28-ci turu çərçivəsində keçirilən "Betis" - "Selta" qarşılaşması bərabərliklə yekunlaşıb. Matçda tərəflər hərəyə bir dəfə fərqləniblər - 1:1.

İdman.Biz xəbər verir ki, oyun qonaqların sürətli qolu ilə başlayıb. Dördüncü dəqiqədə "Selta"nın hücumçusu Ferran Xutqla rəqib qapısına yol taparaq hesabı açıb. Lakin fasilədən dərhal sonra - 49-cu dəqiqədə meydan sahibləri status-kvonu bərpa ediblər. Müdafiəçi Ektor Bellerin dəqiq zərbə ilə tarazlığı təmin edib.

Bu heç-heçə ilə "Betis" bütün turnirlərdəki qələbəsizlik seriyasını beş oyuna çatdırıb. Hazırda 44 xalı olan Manuel Pelleqrininin yetirmələri turnir cədvəlində beçinci pillədə qərarlaşıblar. 41 xalı olan "Selta" isə onlardan bir pillə aşağıdadır.

21:22

İspaniya La Liqasının 28-ci turu çərçivəsində keçirilən "Barselona" - "Sevilya" qarşılaşmasında ev sahibi rəqibə göz açmağa imkan verməyib.

İdman.Biz xəbər verir ki, oyunun ilk 45 dəqiqəsi kifayət qədər məhsuldar alınıb. Matça sürətlə başlayan "Barselona"nın braziliyalı ulduzu Rafinya doqquz və 21-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirərək dubl müəllifi olub. 38-ci dəqiqədə isə Dani Olmo rəqib qapısına yol taparaq hesabı 3:0-a çatdırıb.

Lakin qonaqlar ilk hissənin son saniyələrində fərqi azaltmağa nail olublar. Matçın 45+4-cü dəqiqəsində "Sevilya"nın müdafiəçisi Oso kataloniyalıları mərkəzə dəvət edib.

Oyunun 51-ci dəqiqəsində Rafinya het-trik edib. 60-cı dəqiqədə isə oyunun ən yaxşılarından olan Joao Kansello komandasının beşinci qolunu vurub. İkinci hissənin uzatma dəqiqələrində "Sevilya" daha bir dəfə fərqlənib. Amma Djibril Sounun qolu sadəcə təsəlli xarakteri daşıyıb.

Qeyd edək ki, hazırda 70 xalla turnir cədvəlinin vahid lideri olan "Barselona"nın əsas rəqibi "Real"la arasında dörd xal fərq var. 31 xalı olan "Sevilya" isə 14-cü pillədə qərarlaşıb.

19:28

İspaniya La Liqasının 28-ci turunda "Espanyol" səfərdə "Malyorka"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı geridönüş qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 36-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi Şarl Pikel açıb. Lakin 54-cü dəqiqədə qolun müəllifi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Say üstünlüyündən yararlanan "Malyorka" 65-ci dəqiqədə Pablo Torrenin qolu ilə tarazlığı bərpa edib. Matçın sonuna yaxın, 88-ci dəqiqədə isə Samuel Koşta komandasına qələbə qazandıran topu tora qovuşdurub.

Bu məğlubiyyətlə "Espanyol" (37 xal) qələbəsiz oyunlar seriyasını 11 matça çatdırsa da, hələlik turnir cədvəlində yeddinci pillədədir. Beş oyunluq uğursuz seriyasına son qoyan "Malyorka" (28 xal) isə 16-cı mövqeyə yüksəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Bu gün, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Bu gün, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Bu gün, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Bu gün, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Bu gün, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Bu gün, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Bu gün, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Bu gün, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Bu gün, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Bu gün, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Bu gün, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Bu gün, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Bu gün, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Bu gün, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Bu gün, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Futbol
Bu gün, 20:34

Cüt futbol: "Union Berlin" və "Köln" Bundesliqada 1:1 hesabla heç-heçəyə imza atdılar

Güləş
Bu gün, 20:29

Azərbaycanın güləş milli komandasının baş məşqçisi Xetaq Qazyumov dünya çempionatı uğursuzluğuna görə üzr istədi

Futbol
Bu gün, 20:22

"Strasbur" "Oser"i 5:1 hesabı ilə darmadağın etdi

Futbol
Bu gün, 20:14

Azər Məmmədov: Kəpəz futbolçularına sərbəstlik və inam verərək qələbəni qazandı

Futbol
Bu gün, 20:11

Perkons: Gəncə stadonda oynamaq həqiqətən çətindir

Futbol
Bu gün, 20:01

İmişli baş məşqçisi Ervins Perqons Namiq Ələsgərovun qolunu təriflədi

Futbol
Bu gün, 19:57

Abdullah Kavukcu və Metin ÖzTürk Qalatasaray idarə heyətindən istefa etdilər

Oxşar xəbərlər