İspaniya La Liqa mövsümünün 25-ci turunun "Real Betis" və "Rayo Valyekano" komandaları arasında keçirilən oyun başa çatıb. Oyun "Estadio Olimpico de Sevilla - La Cartuja" stadionunda (Sevilya, İspaniya) keçirilib və 1:1 hesablı heç-heçə ilə bitib.
"Real Betis"in hücumçusu Sedrik Bakambu oyunun ilk qolunu 16-cı dəqiqədə vurub. Qonaq hücumçu İsi Palazon 42-ci dəqiqədə bərabərlik qolunu vurub.
İspaniya liqasında 25 oyundan sonra "Real Betis"in 42 xalı var və turnir cədvəlində beşinci yerdədir. "Rayo Valyekano" 24 oyundan sonra 26 xalla 14-cü yerdədir.
19:25
İspaniya La Liqasının 25-ci turunun "Real Sosyedad" və "Ovyedo" komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, matç "Real Arena"da (San Sebastian, İspaniya) baş tutub. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
"Ovyedo"nun hücumçusu Federiko Vinyas matçın ilk qolunu 50-ci dəqiqədə vurub. İki dəqiqə sonra hücumçu ikinci qolunu vurub. Orri Oskarsson 64-cü dəqiqədə bir qolun əvəzini çxııb, müdafiəçi Duje Çaleta-Kar isə 87-ci dəqiqədə bərabərlik qolunu vurub. Oskarsson 90-cı dəqiqədə ikinci qoluna imza atıb, 90+2-ci dəqiqədə isə Erik Bayli hesabı 3:3 edib.
İspaniya liqasında 25 oyundan sonra "Real Sosyedad" 32 xalla turnir cədvəlində doqquzuncu yerdədir. "Ovyedo" 24 oyundan sonra 17 xalla sonuncu, 20-ci yerdədir.