top
La Liqa: Barselona Selta üzərində qələbə qazandı, Xetafe Real Sosyedadı məğlub etdi, Elçe Atletikonu üstələdi Idman.biz
23 aprel 2026, 01:58
- ↺ +

La Liqa: "Barselona" "Selta" üzərində qələbə qazandı, "Xetafe" "Real Sosyedad"ı məğlub etdi, "Elçe" "Atletiko"nu üstələdi

İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən matçda "Barselona" öz meydanında "Selta"nı qəbul edib. "Spotify Kemp Nou" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qolu 40-cı dəqiqədə "Barselona"nın hücumçusu Lamin Yamal vurub.

İspaniya çempionatında 32 oyundan sonra 82 xal toplayan "Barselona" turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibi "Real"ın isə 73 xalı var. "Selta" 44 xalla yeddnci pillədə qərarlaşıb.

Növbəti turda "Barselona" aprelin 25-də səfərdə "Xetafe" ilə qarşılaşacaq. "Selta" isə bir gün sonra "Vilyarreal"ı sınağa çəkəcək.

00:37

İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən matçda "Real Sosyedad" doğma meydanda "Xetafe"ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qol 29-cu dəqiqədə vurulub. "Real Sosyedad"ın yarımmüdafiəçisi Yon Qorrotksateqi avtoqol müəllifi olub.

İspaniya çempionatında 32 oyundan sonra 42 xal toplayan "Real Sosyedad" turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Aktivində 44 xal olan "Xetafe" isə altıncı yerdədir.

Növbəti turda "Real Sosyedad" aprelin 26-da səfərdə "Rayo Valyekano" ilə qarşılaşacaq. "Xetafe" isə bir gün əvvəl öz evində "Barselona"nı sınağa çəkəcək.

23:21

İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Elçe" doğma meydanda Madrid "Atletiko"sunu qəbul edib. Meydan sahibləri rəqibin sayca azlıqda qalmasından yararlanaraq 3:2 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, madridlilər artıq 10-cu dəqiqədə hesabı açıblar - Rodriqo Mendosanın ötürməsini Nikolas Qonsales qola çevirib. "Elçe" 18-ci dəqiqədə David Affenqruberin səyləri sayəsində tarazlığı bərpa edib. 33-cü dəqiqədə Andre Silva meydan sahiblərini yenidən önə çıxarsa da, cəmi bir dəqiqə sonra Qonsales dublunu rəsmiləşdirərək status-kvonu bərpa edib.

Matçın taleyini həll edən qol 75-ci dəqiqədə vurulub. Andre Silva ikinci dəfə fərqlənərək komandasına üç xal qazandırıb.

Qeyd edək ki, "Atletiko" oyunun böyük hissəsini Tiaqo Almadanən qırmızı vərəqə alaraq meydandan qovulması səbəbindən 10 nəfərlə keçirməli olub.

Bu nəticədən sonra Madrid klubu 57 xalla dördüncü pillədə qalıb. Xallarının sayını 35-ə çatdıran "Elçe" isə 15-ci sıraya yüksəlib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Oxşar xəbərlər