İspnaiya klubu "Barselona"nın müdafiəçisi Alexandro Balde Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Sabah"la keçirilən matçda (4:1) zədələnib.
Sportify.az xəbər verir ki, ispaniyalı futbolçu görüşün 64-cü dəqiqəsində əvəzlənib. Kataloniya klubunun mətbuat xidmətinin məlumatına görə, 23 yaşlı müdafiəçidə sağ topuq bağlarının yüngül dartılması aşkarlanıb.
Klubdan bildirilib ki, Baldenin noyabrın 29-da "Deportivo"ya qarşı İspaniya çempionatı matçında iştirakı hələ istisna edilmir.