top
La Liqa: Atletiko Atletik üzərində qələbə qazandı, Sörlot dubl etdi Idman.biz
26 aprel 2026, 01:07
- ↺ +

La Liqa: "Atletiko" "Atletik" üzərində qələbə qazandı, Sörlot dubl etdi

İspaniya La Liqasının 32-ci turunda "Atletiko" futbol komandası Bilbaonun "Atletik" klubunu qəbul edib. "Sivitas Metropolitano" stadionunda baş tutan gərgin qarşılaşma ev sahiblərinin üç-iki hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı iyirmi üçüncü dəqiqədə qonaqların müdafiəçisi Aytor Paredes açıb. İkinci hissəyə daha fəal başlayan Madrid təmsilçisi qırx doqquzuncu dəqiqədə ulduz hücumçusu Antuan Qrizmannın qolu ilə tarazlığı bərpa edib. Cəmi beş dəqiqə sonra Aleksandr Sörlot meydan sahiblərini önə çıxarıb. Norveçli hücumçu 93-cü dəqiqədə dublunu rəsmiləşdirərək komandasının üstünlüyünü artırıb. Oyunun son saniyələrində, 97-ci dəqiqədə Qorka Quruseta fərqi minimuma endirsə də, bu, "Atletik"in məğlubiyyətdən xilas olması üçün kifayət etməyib.

Bu nəticədən sonra sonra 60 xal toplayan "Atletiko" dördüncü pillədə qərarlaşıb. 41 xalı olan Bilbao təmsilçisi isə doqquzuncu yerdədir. Növbəti turda, mayın ikinci günü "Atletiko" səfərdə "Valensiya"nın qonağı olacaq. "Atletik" isə həmin gün "Alaves" ilə qarşılaşacaq.

22:57

"Valensiya" futbol komandası İspaniya La Liqasının 32-ci turu çərçivəsində "Jirona"nı qəbul edib. "Mestalya" stadionunda keçirilən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun 51-ci dəqiqəsində "Valensiya"nın hücumçusu Lardji Ramazani hesabı açıb. 60-cı dəqiqədə Umar Sadiq meydan sahiblərinin üstünlüyünü iki qata çatdırıb. Üç dəqiqə sonra "Jirona"nın oyunçusu Xoel Roka bir qolun əvəzini çıxsa da, bu, yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Valensiya" turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib. 38 xalı olan "Jirona" isə 14-cü yerdə qərarlaşıb.

Növbəti turda "Jirona" mayın birində səfərdə "Malyorka" ilə qarşılaşacaq. "Valensiya" isə bir gün sonra öz meydanında "Atletiko"nu qonaq edəcək.

21:01

İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan "Barselona" komandası 32-ci tur çərçivəsində səfərdə "Xetafe"nin qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, kataloniyalıların heyətində ilk qolu oyunun 45-ci dəqiqəsində yarımmüdafiəçi Fermin Lopes rəqib qapısından keçirib. Matçın 74-cü dəqiqəsində isə hücumçu Markus Reşford fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.

Bu qələbədən sonra "Barselona" xallarının sayını 85-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. 44 xalı olan "Xetafe" isə altıncı pillədə qərarlaşıb.

18:07

"Alaves" futbol komandası İspaniya La Liqasının 32-ci turu çərçivəsində öz meydanında "Malyorka"nı qəbul edib. Meydan sahibləri gərgin keçən qarşılaşmada 2:1 hesablı qələbəyə seviniblər.

İdman.Biz xəbər verirki, oyunun 18-ci dəqiqəsində Samu Koştanın ötürməsini qola çevirən Xan Virxili qonaqları önə keçirib. Lakin fasilədən sonra üstünlüyü ələ alan meydan sahibləri vəziyyəti dəyişməyi bacarıblar. 56-cı dəqiqədə Abde Rebbasın ötürməsindən sonra Toni Martines tarazlığı bərpa edib. 69-cu dəqiqədə isə Martines dublunu rəsmiləşdirərək "Alaves"ə qələbə qazandıran qola imza atıb.

Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Alaves" turnir cədvəlində 15-ci pilləyə yüksəlib. Aktivində 35 xal olan "Malyorka" isə 16-cı sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:38

Mourinyo, Real Madrid"in İspan futbolcularının azlığına espriyle yanaştı

Futbol
Bu gün, 00:20

Kimmixin Musiala ilə bağlı açıqlamaları "Bayern" rəhbərliyinin narazılığına səbəb olub

Futbol
Bu gün, 00:19

Gürcüstanın baş naziri Batumi insidentində polisi müdafiə edərək siyasi istismar edənleri tənqid etdi

Futbol
Bu gün, 00:18

Türkiyə Super Liqasının XIII turunda ilk oyunlar başa çatıb

Futbol
Bu gün, 00:10

Empoli, Raul Albiol'u Teknik Köməkçi olaraq işə götürəcək

Futbol
Bu gün, 00:08

"Konyaspor" və "Rizəspor"dan qələbə

Futbol
Bu gün, 00:00

Roma klubunun vingeri Matias Sule‑ni 55‑60 milyon avroya sata bilər

Futbol
Dünən, 23:57

Almaniyanın 2-ci liqasında çıxan müdafiəçi İngiltərə klublarını fırladıb

Güləş
Dünən, 23:45

Azərbaycan güləşinin zəngin irsi idman sərgisində təqdim edilir

Güləş
Dünən, 23:42

"Deflimpiyaçı güləşçilərimiz Ermənistanda altı medal qazandı"

Futbol
Dünən, 23:40

"Turan Tovuzda Kəpəzlə qarşılaşır, 200 Gəncə azarkeşi gəlir"

Minifutbol
Dünən, 23:21

"Dirk Kuyt "Fənərbağça"dan ayrılır, Belçikada "Leuven" klubunun baş məşqçisi olur"

Futbol
Dünən, 23:06

"Rizespor" və "Konyaspor" geri düşdükləri oyunları son dəqiqə qolları ilə qələbəyə çevirib

Futbol
Dünən, 23:00

Breno Neftçiyə qələbə qazandırdı

Futbol
Dünən, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Futbol
Dünən, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Dünən, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Dünən, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Dünən, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Dünən, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Dünən, 22:32

"Zirə" Neftçini 3:1 uduzdu – VİDEO və XRONOLOGİYA

Futbol
Dünən, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Dünən, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Dünən, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Oxşar xəbərlər