top
La Liqa: Atletik və Real Sosyedad heç-heçə etdi; Real, Betis qələbə qazandı, Xetafe və Selta bərabərə qaldı Idman.biz
02 fevral 2026, 02:07
- ↺ +

La Liqa: "Atletik" və "Real Sosyedad" heç-heçə etdi; "Real", "Betis" qələbə qazandı, "Xetafe" və "Selta" bərabərə qaldı

İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində Bilbao "Atletik"i və "Real Sosyedad" komandaları üz-üzə gəlib. San-Mames Barria stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 37-ci dəqiqədə "Real Sosyedad"ın hücumçusu Qonsalu Qedeş açıb. Oyunun sonlarına yaxın qonaqlar çətin vəziyyətə düşüblər. 83-cü dəqiqədə yarımmüdafiəçi Brays Mendez birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyündən istifadə edən "Atletik" 88-ci dəqiqədə İniqo Ruisin qolu ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra Bilbao "Atletik"i 22 oyunda 25 xal toplayaraq turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. "Real Sosyedad" isə 28 xalla səkkizinci yerdədir.

Növbəti turda "Real Sosyedad" fevralın 7-də doğma meydanda "Elçe"ni qəbul edəcək. "Atletik" isə bir gün sonra "Levante" ilə qarşılaşacaq.

00:44

İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində "Xetafe" doğma meydanda "Selta" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Selta" 33 xalla çempionatın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. "Xetafe" isə 23 xalla 16-cı yerdədir və bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyasını doqquz matça çatdırıb.

21:51

İdman.Biz xəbər verir ki, İspaniya La Liqasında 22-ci turun oyunu çərçivəsində "Betis" doğma meydanda "Valensiya"ya qalib gəlib.

Sevilya təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada hesab 20-ci dəqiqədə qonaqların hücumçusu Luis Rioxanın qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra "Betis" penalti zərbəsindən yararlanıb və Çimi Avila tarazlığı bərpa edib. Oyunda son sözü isə 88-ci dəqiqədə Pablo Fornals deyib və meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Bu nəticədən sonra "Betis" 35 xalla La Liqa turnir cədvəlində beşinci pilləyə yüksəlib. "Valensiya" isə 23 xalla 15-ci yerdə qərarlaşıb.

19:20

İspaniya La Liqasının 22-ci turunda "Real" doğma meydanda "Rayo Valyekano"nu 2:1 hesabı ilə məğlub edib. Qarşılaşma Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçirilib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı 15-ci dəqiqədə "Real"ın vingeri Vinisius Junior açıb. 49-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Xorxe de Frutos tarazlığı bərpa edib. 80-ci dəqiqədə "Rayo Valyekano"nun futbolçusu Pate Siss birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun taleyini isə əlavə olunmuş vaxtda təyin olunan penalti həll edib. 90+10-cu dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək "Real"a qələbə qazandırıb.

22 turdan sonra "Real" 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Rayo Valyekano" isə 22 xalla 17-ci yerdədir.

Növbəti turda "Rayo Valyekano" fevralın 7-də evdə "Oviedo" ilə qarşılaşacaq, "Real" isə fevralın 8-də səfərdə "Valensiya"nın qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər