top
La Liqa: Alaves son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, Valensiya məğlub oldu Idman.biz
06 aprel 2026, 01:32
- ↺ +

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

İspaniya La Liqasının 30-cu turu çərçivəsində "Alaves" və "Osasuna" komandaları arasında keçirilən qarşılaşma dramatik heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın əvvəlindən üstünlüyü ələ alan qonaqlar artıq dördüncü əqiqədə Valentin Rozyenin qolu ilə hesabı açıblar. Lakin meydan sahibləri ilk hissənin sonuna yaxın, Toni Martinesin vurduğu qolla bərabərliyi bərpa edə biliblər.

Oyunun ikinci yarısında gərginlik daha da artıb və 80-ci dəqiqədə Ante Budimirin dəqiq zərbəsi "Osasuna"nı yenidən önə keçirib. Lakin "Alaves" təslim olmayaraq hücumlarını davam etdirib və əlavə vaxtda qazandığı penaltini Lukas Boyenin dəqiq yerinə yetirməsi sayəsində məğlubiyyətdən xilas olub (2:2).

Bu nəticədən sonra xallarını 38-ə çatdıran "Ozsasuna" turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib, 32 xalı olan "Alaves" isə 15-ci yerdə qərarlaşıb.

22:41

İspaniya La Liqasının 30-vu turu çərçivəsində "Ovyedo" və "Sevilya" komandaları üz-üzə gəlib. "Nuevo Karlos Tartiere" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qolu 32-ci dəqiqədə "Ovyedo"nun hücumçusu Federiko Vinyas vurub. Qoldan cəmi altı dəqiqə sonra "Sevilya" meydanda azlıqda qalıb. Müdafiəçi Tanqi Kuassi birbaşa qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri hesabı qoruya biliblər.

Bu qələbəyə baxmayaraq, "Ovyedo" 30 oyundan topladığı 24 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb. Aktivində 31 xalı olan "Sevilya" isə 16-cı yerdədir.

Növbəti turda "Sevilya" aprelin 11-də öz meydanında Madrid "Atletiko"sunu qəbul edəcək. "Ovyedo" isə bir gün sonra səfərdə "Selta"nın qonağı olacaq.

20:47

İspaniya La Liqasının 2025/2026 mövsümünün 30 turu çərçivəsində "Valensiya" və "Selta" komandaları üz-üzə gəlib. "Mestalya" stadionunda baş tutan matç qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 12-ci dəqiqədə "Valensiya"nın yarımmüdafiəçisi Quido Rodriqes açıb. Lakin ikinci hissədə təşəbbüsü ələ alan Viqo təmsilçisi ard-arda qollar vurmağa nail olub. 56-cı dəqiqədə İlaş Moriba tarazlığı bərpa edib, dörd dəqiqə sonra isə Fer Lopes "Selta"nı hesabda irəli çıxarıb. 81-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Uillot Svedberq komandasının üçüncü qoluna imza atıb. Oyunun əsas vaxtına əlavə olunmuş 90+4-cü dəqiqədə Quido Rodriqes dublunu rəsmiləşdirsə də, bu, "yarasalar"ı məğlubiyyətdən xilas etməyib.

Bu qələbədən sonra "Selta" 30 oyundan topladığı 44 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Aktivində 35 xalı olan "Valensiya" isə 13-cü yerdədir.
Növbəti turda "Selta" aprelin 12-də evdə "Ovyedo"nu qəbul edəcək, "Valensiya" isə ondan bir gün əvvəl səfərdə "Elçe"nin qonağı olacaq.

18:22

İspaniya La Liqasının 30-cu turunda "Xetafe" öz meydanında "Atletik" Bilbaonu qəbul edib. "Koliseum" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, ev sahiblərinin hər iki hissədə vurduqları qollarla vacib üç xalı aktivlərinə yazdırıblar. Oyunun 14-cü dəqiqəsində Luis Vaskes hesabı açıb. Matçın sonlarına yaxın, 90-cə dəqiqədə isə Martin Satriana fərqlənərək son nöqtəni qoyub.

Bu qələbə sayəsində "Xetafe" (41) turnir cədvəlində mövqeyini yaxşılaşdırıb – səkkizinci pillə. "Atletik" (38) isə Avrokuboklar uğrunda mübarizədə mühüm xallar itirib və onuncu pillədə qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Oxşar xəbərlər