top
La Liqa: 34-cü turda Betis, Rayo Valyekano və Selta qələbə qazanıb - YENİLƏNİR Idman.biz
03 may 2026, 22:42
- ↺ +

La Liqa: 34-cü turda "Betis", "Rayo Valyekano" və "Selta" qələbə qazanıb - YENİLƏNİR

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. "Betis" öz meydanında "Oviedo"nu qəbul edib. Meydan sahiblərinin tam üstünlüyü ilə keçən oyun 3:0 hesablı qələbə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 22-ci dəqiqədə Kuço Ernandes açıb. Birinci hissənin sonuna yaxın, 45-ci dəqiqədə hücumçu Abde Ezzalzuli fərqi iki topa çatdırıb. İkinci hissədə də hücumlarını davam etdirən Seviyya təmsilçisi 59-cu dəqiqədə üçüncü qolu vurub. Kuço Ernandes dublunu rəsmiləşdirərək hesabı darmadağın səviyyəsinə çatdırıb.

Qeyd edək ki, qonaqların heyətində Federiko Vinyasın 53-cü dəqiqədə vurduğu qol VAR sistemindəki baxışdan sonra ləğv edilib.

Bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Betis" turnir cədvəlində beşinci pillədə qərarlaşıb. 28 xalı olan "Oviedo" isə sonuncu - 20-ci yerdədir.

20:52

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. "Xetafe" öz meydanında "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 38-ci dəqiqəsində Serxio Kamelyo hesabı açaraq "Rayo Valyekano"nu önə çıxarıb. Meydan sahibləri 64-cü dəqiqədə hesabı bərabərləşdirmək üçün əla şans qazansalar da, Mauro Arambarri penaltidən yararlana bilməyib. 73-cü dəqiqədə qonaqlar daha bir məhsuldar hücum təşkil ediblər. Xerard Qumbaunun ötürməsindən sonra Randi Ntekya topu qapıdan keçirərək görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra 42 xal toplayan "Rayo Valyekano" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Aktivində 44 xalı olan "Xetafe" isə yeddinci yerdədir.

18:37

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. Turnir çərçivəsində "Selta" öz meydanında "Elçe"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 14-cü dəqiqəsində Xavi Ruedanın ötürməsini qola çevirən Uqo Alvares hesabı açıb. 30-cu dəqiqədə isə Yaqo Aspas fərqi iki topa çatdırıb.

İkinci hissənin sonunda "Elçe" fərqi azaltsa da, bu, qələbə üçün kifayət etməyib. 82-ci dəqiqədə Andre Silva penaltini dəqiq yerinə yetirib. Lakin görüşün sonlarında Uillot Svedberqin ötürməsindən sonra Borxa İqlesias üçüncü topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra "Selta" xallarını 47-yə çatdıraraq altıncı pilləyə yüksəlib. "Elçe" isə 38 xalla 14-cüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Oxşar xəbərlər