top
Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi Idman.biz
30 oktyabr 2026, 22:01
- ↺ +

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 10-cu turunda "Sabah" üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonrakı mətbuat konfransında nəticədən razı qaldığını, lakin qarşılaşmanın sonlarının komandası üçün çətin keçdiyini bildirib.

"Qələbəyə çox sevinirəm. Ağır oyun oldu. Sona yaxın təşəbbüsü əldən verdik. Amma əsas odur ki, qalib gəlməyi bacardıq", - deyə Berdıyev vurğulayıb.

Tovuz klubunun çalışdırıcısı uzun müddət məğlubiyyətlə üzləşməyən Azərbaycan çempionuna qarşı görüşdə həlledici amilləri açıqlayıb.

"Əsas məsələ çempiona qarşı düzgün köklənmək idi. Futbolçular özlərini göstərmək istəyirdilər. İkinci mühüm amil isə intizam oldu. Əlbəttə, bu, matçın son on dəqiqəsinə aid deyil", - deyə mütəxəssis söyləyib.

Berdıyev Hayderson Urtadonun cəzalı duruma düşməsinə səbəb olan sarı vərəqəni də şərh edib.

"Bu, emosiyalar səbəbindən baş verdi. Ona elə gəldi ki, top rəqibin əlinə dəyib. Amma o, emosiyalarına nəzarət etməli idi. Bəli, bilirəm ki, indi cəzalı olduğu üçün növbəti oyunu buraxacaq", - deyə baş məşqçi bildirib.

"Turan Tovuz"un çalışdırıcısı ötən gün avrokuboklarda qələbə qazanan eyniadlı voleybol komandasının uğuruna da münasibət bildirib.

"Voleybol üzrə "Turan"ın həm ilk oyununa, həm də dünənki cavab görüşünə baxmışam. Onlara görə çox həyəcan keçirirdim. Allaha şükür ki, qalib gəldilər. Allah eləsin, Bolqarıstan klubunu da məğlub edə bilsinlər. Tovuzlu azarkeşlər üçün bu, əsl bayramdır. Biz də onlara dəstək olmalıyıq", - deyə Berdıyev fikrini tamamlayıb.

Xatırladaq ki, "Turan Tovuz" qarşılaşmada 3:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə iki qol buraxıb və 3:2 hesablı qələbəni qoruyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Digər
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt-sterlinq dəyərində gizli danışığı

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Oxşar xəbərlər