top
Krivotsyukla yaxın planları, millidə himni oxumayanlar və Neftçiyə borcu haqda - MÜSAHİBƏ Sport24.az
12 iyun 2024, 11:15
- ↺ +

Krivotsyukla yaxın planları, millidə himni oxumayanlar və "Neftçi"yə borcu haqda - MÜSAHİBƏ

Cənubi Koreyada legioner həyatı yaşayan Anton Krivotsyuk millinin Qazaxıstanla oyunundan sonra Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşına müsahibə verib. Millinin müdafiəçisi Asiyadakı həyatından, yığmadakı ab-havadan və sabiq klubu "Neftçi"dən danışıb.

 

- Oyun haqqında fikirlərin maraqlıdı...
- Bizim üçüb bir qədər çətin oldu. Erkən qol buraxdıq. Bundan sonra toparlanmağa çalışdıq. Amma rəqib daha bir qol vurdu. Sevindirici haldı ki, fasiləyə qədər bir, ikinci yarıda isə 2 qol vurmaqla qalib gəldik. Qələbəyə görə xalqımızı təbrik edirəm.

 

- Xəbərdarsanmı ki, bugünkü matç tariximizə düşdü? İki top fərqi ilə geridə olarkən, millimiz ilk dəfədir qalib gəlir...
- Bəli, paltardəyişmə otağında baş məşqçimiz bu barədə bizi məlumatlandırdı.


- Belə tarixi nailiyyətin bir parçası olaraq özünü necə hiss edirsən?
- Düzünə qalsa, bütün futbolçulara belə nəticə vacibdi. Bu gün 2 qol buraxandan sonra təslim olmayaraq xarakter göstərməyimiz, iki-üç qatda artıq gücümüzlə döyüşməyimiz və istədiyimiz nəticəni əldə etməyimiz xoşdu. Qələbə bizə çox lazım idi.



- Çoxları belə düşünür ki, hazırkı yığma Azərbaycan tarixində ən yaxşısıdı. Bu barədə sənin düşüncən necədi?
- Hesab edirəm ki, bu məsələdə hər kəsin öz fikiri var. Mənə görə əgər yığmaya gəlmişəmsə formamdan asılı olmayaraq üzərimdə çalışıb 200% nəticə göstərməyə çalışıram. Həmişə meydana ən yaxşı oyunumu sərgiləmək üçün çıxıram. Bütün illərin ən yaxşı Azərbaycan millisiyik yanaşmasını müzakirə edə bilmərəm.


- Arif Əsədovun müvvəqqəti təyinatından sonra komandada vəhdət daha qabarıq müşahidə olunur. Sənin fikirin necədi?
- Səmimi deyim ki, bunu nə özümdə nə də kollektivdə hiss, müşahidə etməmişəm.


- Klub karyeranda nə planlar var?
- Hələ Koreyadayam. Komandamla 1,5 illik müqaviləm var. Planımda hazırkı klubumla sözləşməni uzatmaq var. Bu məsələ millinin toplanışınadək müzakirə edilməli idi. Amma bir qədər yubandı. Ümid edirəm ki, yaxın bir həftədə, maksimum bu ayın tamamına kimi müqaviləm uzadılacaq. Koreya təmsilçisində hər şey məni və ailəmi qane edir. Koreyada yaxşı çempionat keçirilir, bu liqaya böyük diqqət var. Burdan Avropa, o cümlədən Britaniya komandalarına keçid mümkündü.


- Bəs Krivotsyuk niyə Avropaya yol almır?
- Çoxları Avropaya ancaq futbol baxımından yanaşır. Amma məişət və digər bu kimi məsələləri nəzərə almır. Çoxlarında Avropa haqqında təəssüratları düz deyil. Asiya ilə Avropada futbola fərqli yanaşma var. Bəlkə də başqaları fərqli fikirdədi, ancaq burda mənə və ailəmə daha qayğı ilə yanaşırlar. Koreyaya gələndə bizi çox mehriban qarşıladılar. Burda bizim üçün çox xoş və rahatdı.


- Sən ukraynalı olsan da, futbolçu kimi faktiki olaraq Azərbaycanda yetişmisən. Çoxları səni nümunə göstərir ki, himnimiz səsləndiriləndə bədahətən oxuyursan. Artıq təcrübəli oyunçusan, bir-bir adlar çəkməyəcəm. Bəzən səninlə yanbayan duranların qulağına pıçıldamısanmı ki, formasını geyindiyin ölkəyə və onun atributlarına hörmət etməlisən?
- Düşünürəm ki, Azərbaycan millisində oynayanlar püxtələşmiş insanlardı. Onlar özlərinə cavabdehdi. Mənə gəlincə, çox az adam bilir ki, 10 ilə yaxın Azərbaycanda yaşamışam. İki ildən də çox Azərbaycan dilini öyrənmişəm. Himni oxuyuram, ölkənin milli dəyərlərinə və dilinə hörmət edirəm. Ona görə ancaq özümə cavabdehəm. Başqalarının yerinə cavab verə bilmərəm.


- Koreyda karyeranı davam etdirəcəyini dedin. "Heç vaxt heç vaxt demə" deyimi var. "Krivotsyuk "Neftçi"yə bağlı olub, oranın bir parçası olub" düşüncəsi də var. Nə vaxtsa səni "ağ-qaralar"ın heyətində görə bilərikmi?
- Şişrtmədən vurğualayım ki, "Neftçi" məni böyüdüb, yetişdirib. Hazırkı səviyəyə çatmağımı o kluba borcluyam. Harda olmağımdan, hansı komandanın şərəfini qorumağıma rəğmən "ağ-qaralar" daim diqqətimdədi, onların oyunlarını izləyir, dəstək verirəm. Odur ki, nə vaxtsa Bakı təmsilçisinə qayıdacağım istisna deyil. "Neftçi" mənim evimdi.

CEYHUN ƏLİYEV

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər