Səudiyyə Ərəbistanı Pro-Liqasında altıncı turun "Əl-Həzm" – "Əl-Nəsr" oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, Kriştiano Ronaldonun komandası 2-0 hesabı ilə qalib gəlib.
Oyunda ilk qolu Joao Feliks vurub. Qonaq komandanın hücumçusu 25-ci dəqiqədə fərqlənib. İkinci hissədə, 79-cu dəqiqədə Kriştiano Ronaldo komandasının üstünlüyünü artıraraq hesabı 2-0 etdi.
Bununla da portuqaliyalı hücumçu karyerasında 950-ci qolunu vurub.
Altı turdan sonra "Əl-Həzm" beş xala malikdir və 14-cü yerdədir. "Əl-Nəsr" 18 xalla Səudiyyə Ərəbistanı liqasına liderlik edir.