İngiltərənin "Kristal Palas" futbol komandası bu gün Konfrans Liqasının 2025/2026 mövsümünün finalında İspaniyanın "Rayo Valyekano" futbol komandası ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, oyun Almaniyanın Leypsiq şəhərindəki "Leypsiq" stadionunda keçiriləcək. Qarşılaşmanı italiyalı baş hakim Mauritsio Mariani idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Start heyətləri belədir:
"Kristal Palas": Din Henderson, Şadi Riad, Maksans Lakrua, Adam Uorton, Ceydi Kanvo, Daniel Munyos, Daiçi Kamada, Tayrik Mitçell, İsmaila Sarr, Yeremi Pino, Jan-Filipp Mateta.
"Rayo Valyekano": Auqusto Batalya, Floryan Lejön, Pep Çavarriya, Andrey Ratsiu, Pate Siss, Oskar Martin, Unay Lopes, Xorxe de Frutos, İsi Palason, Alvaro Qarsiya, Aleşandre Juravski.
09:18
Bu gün UEFA Konfrans Liqasında final matçı keçiriləcək.
İdman.Biz xəbər verir ki, həlledici oyunda İngiltərənin "Kristal Palas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.
Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutacaq. Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.
Final görüşünü İtaliya Futbol Federasiyasından Mauritsio Mariani idarə edəcək. Ona Daniele Bindoni və Alberto Tegoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən Qlenn Nyberq yerinə yetirəcək. VAR otağında isə italiyalı Marko Di Bello çalışacaq.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"u yarımfinalda mübarizədən kənarlaşdıran "Kristal Palas" tarixində ilk dəfə Avropa kubokunun finalına yüksəlib.
"Rayo Valyekano" da rəqibi kimi turnirin finalında debüt edəcək. İspaniya təmsilçisi həlledici görüşdə qalib gələrək tarixində ilk Avropa kubokunu qazanmağı hədəfləyir.
Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.