top
Kristal Palas - Rayo Valyekano: UEFA Konfrans Liqası Finalı - CANLI Idman.biz
28 may 2026, 00:07
- +

"Kristal Palas" - "Rayo Valyekano": UEFA Konfrans Liqası Finalı - CANLI

İdman.Biz xəbər verir ki, "Kristal Palas" - "Rayo Valyekano" qarşılaşmasında ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab açılmayıb.

23:54

"Kristal Palas" - "Rayo Valyekano" qarşılaşmasında ilk hissə başa çatdı. Hesab açılmayıb.

İdman.Biz xəbər verir ki, bərabər səviyyədə keçən 45 dəqiqədə qapılar qarşısında hər hansı bir təhlükəli vəziyyət yaranmayıb və qapılara istiqamətlənmiş zərbə qeydə alınmayıb.

22:59

İdman.Biz xəbər verir ki, UEFA Konfrans Liqasının final qarşılaşması olan "Kristal Palas" - "Rayo Valyekano" oyunu başladı.

22:41

İngiltərənin "Kristal Palas" futbol komandası bu gün Konfrans Liqasının 2025/2026 mövsümünün finalında İspaniyanın "Rayo Valyekano" futbol komandası ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oyun Almaniyanın Leypsiq şəhərindəki "Leypsiq" stadionunda keçiriləcək. Qarşılaşmanı italiyalı baş hakim Mauritsio Mariani idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Start heyətləri belədir:

"Kristal Palas": Din Henderson, Şadi Riad, Maksans Lakrua, Adam Uorton, Ceydi Kanvo, Daniel Munyos, Daiçi Kamada, Tayrik Mitçell, İsmaila Sarr, Yeremi Pino, Jan-Filipp Mateta.

"Rayo Valyekano": Auqusto Batalya, Floryan Lejön, Pep Çavarriya, Andrey Ratsiu, Pate Siss, Oskar Martin, Unay Lopes, Xorxe de Frutos, İsi Palason, Alvaro Qarsiya, Aleşandre Juravski.

09:18

Bu gün UEFA Konfrans Liqasında final matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, həlledici oyunda İngiltərənin "Kristal Palas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.

Qarşılaşma Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutacaq. Matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Final görüşünü İtaliya Futbol Federasiyasından Mauritsio Mariani idarə edəcək. Ona Daniele Bindoni və Alberto Tegoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən Qlenn Nyberq yerinə yetirəcək. VAR otağında isə italiyalı Marko Di Bello çalışacaq.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"u yarımfinalda mübarizədən kənarlaşdıran "Kristal Palas" tarixində ilk dəfə Avropa kubokunun finalına yüksəlib.

"Rayo Valyekano" da rəqibi kimi turnirin finalında debüt edəcək. İspaniya təmsilçisi həlledici görüşdə qalib gələrək tarixində ilk Avropa kubokunu qazanmağı hədəfləyir.

Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi gələn mövsüm UEFA Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
Dünən, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
Dünən, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
Dünən, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
Dünən, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
Dünən, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
Dünən, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Dünən, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Dünən, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Dünən, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Dünən, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Dünən, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Dünən, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Dünən, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Dünən, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Dünən, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Dünən, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Dünən, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Dünən, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Dünən, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Dünən, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
Dünən, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Dünən, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər