İngiltərənin "Çelsi" klubunun aparıcı futbolçularından olan Koul Palmerin UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la oyunu buraxacağı dəqiqləşib.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Entso Mareska 23 yaşlı yarımmüdafiəçinin 6 həftədən sonra yaşıl meydanlara qayıda biləcəyini təsdiqləyib.
Beləliklə, ingiltərəli oyunçu zədə səbəbindən qarşıdakı 9 matçda meydana çıxa bilməyəcək.
Koul Palmer Premyer Liqada "Nottinqem Forest", "Sanderlend", "Tottenhem", "Vulverhempton", "Bernli", UEFA Çempionlar Liqasında "Ayaks" (Niderland), "Qarabağ", "Barselona" (İspaniya) və Liqa Kubokunda "Vulverhempton"la oyunlarda iştirak etməyəcək.
Koul Palmer cari mövsüm "Çelsi" forması ilə cəmi 4 matçda iştirak edib və iki qol vurub.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Bakıda keçiriləcək.