"Stadionun ot örtüyü yaxşı səviyyədə deyil. Hər iki komanda eyni yerdə oynayacağı üçün şərait eynidir. Ona görə də yaxşı nəticə üçün çalışacağıq".
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi "Kopenhagen"in futbolçusu Dominik Kotarsi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli futbolçu oyunla bağlı fikirlərini bildirib: "İstəyimiz qələbə qazanmaqdır. Oyuna maksimum yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, "Qarabağ" – "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.