top
Konte sıx oyun qrafikindən və futbolçuların həddindən artıq yüklənməsindən narahatdır Sport24.az
01 fevral 2026, 18:55
- ↺ +

Konte sıx oyun qrafikindən və futbolçuların həddindən artıq yüklənməsindən narahatdır

"Napoli"nin baş məşqçisi Antonio Konte A seriyasının 23-cü turunun "Fiorentina" ilə görüşündən(2:1) sonra sıx qrafikdən və futbolçuların həddindən artıq yüklənməsi barədə emosional danışıb. Sport24.az xəbər verir ki, italiyalı məşqçi "Napoli"nin kapitanı Covanni Di Lorentsonun matç zamanı zədələnməsinin də oyun cədvəlinin sıx olması ilə əlaqələndirib:

 

"Deyəcək çox sözümüz yoxdur. Oyundan- oyuna, daim istirahətə ehtiyacı olan futbolçuları meydana çıxarırıq, amma onlar bu şansı əldə edə bilmirlər. Belə olanda da, bu kimi vəziyyətlərə gətirib çıxarır. Futbolçu dövründə çarpaz bağının qopması halı ilə üzləşmişəm və bunun ciddi zədə olduğunu anlayıram. Oyunların bu qədər çox olması futbolçuları və futbolun özünü də "öldürür".

 

İndi heyət məhdudiyyətləri var və bizimki daha da kiçikdir, çünki gənclər akademiyasından az oyunçumuz var və sahib olduğumuz oyunçular daha tez-tez oynamaq üçün icarəyə getmək istəyirlər. Verqaranı çıxarmışıq, amma yaş məhdudiyyətləri var və ildə 60 oyun oynamalı olsaq, daha böyük heyətə ehtiyacımız var, əks halda bu əsl intihar deməkdir.

Klublar başa düşmürlər ki, bu, öz quyruğunu qovan it məsələsinə oxşayır. Bütün bu yarışlarda daha çox pul qazanmaq üçün yarışırsınız, amma bu, keçicidir, çünki nə qədər çox yarışda iştirak etsəniz, bir o qədər çox oyunçu almalı olacaqsınız, maaş xərcləri bir o qədər çox artacaq. Bunu başa düşməsələr, futbol səhv yola gedəcək və bu kimi şeylərə gətirib çıxaracaq. Mən yalnız "Napoli"dən danışmıram, mən ümumiyyətlə oyunçuları qorumaq üçün danışıram və hər kəsin klublara, liqalara, UEFA-ya və sairəyə rəğbət bəsləyərək oyunçulara arxa çevirməsi təəssüf doğurur. Bunu keçmiş oyunçu kimi deyirəm". 

 

Qeyd edək ki, Di Lorenzodan əlavə, "Napoli"nin heyətində Kevin De Bruyne, Amir Rahmani, Matteo Politano, Frank Anqissa, Paskual Mazzoççi, Vanya Milinkovic-Saviç, Billi Gilmur və David Neres də zədəlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Arsenal" Nvaneri Dortmunddan geri qaytarmaq üçün hələlik addım atmayıb

Futbol
Bu gün, 03:06

«Alaves» «Real»ın 10 matçlıq qələbə seriyasına son verdi

Futbol
Bu gün, 03:04

Vensan Kompani "Bavariya"nın çətin dövrdən sonra daha güclü olacağına inam

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Futbol
Bu gün, 02:10

Palmeyras 1:0 ilə Libertadores Kubokunu qazanıb, 9 sarı vərəqə

Futbol
Bu gün, 02:07

Muslera "Estudiantes"in "Palmeiras"a məğlubiyyətindən sonra karyerasını başa vurdu

Minifutbol
Bu gün, 02:00

Millinin müdafiəçisi Rüfət Abbasov: Lixtenşteynlə oyunda çox qol vura bilmədik

Futbol
Bu gün, 01:55

"Real Madrid ev sahəsində Alaves‑ə 1:2 məğlub oldu"

Futbol
Bu gün, 01:46

«İnтер Cеноа qarşıсында 4:0 məğlub oldu - Video»

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:24

Abdulla Sima Fransa Liqa 1‑də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Oxşar xəbərlər