top
Klubsuz Yusif Nəbiyev: Hazırda seçim etmək kimi lüksüm yoxdur Idman.biz
15 aprel 2026, 16:41
- ↺ +

Klubsuz Yusif Nəbiyev: "Hazırda seçim etmək kimi lüksüm yoxdur"

Fevralda Birinci Liqada çempionluğa namizəd "Səbail"in baş məşqçisi Adil Şükürovla mübahisədən sonra müqaviləsinə xitam verilən Yusif Nəbiyev hələ də klubsuzdur.

İdman.Biz xəbər verir ki, 2023-cü ildən "dənizçilər"in formasını geyinən və ötən yay komandası elitanı tərk etsə də, kapitanlıq sarğısını qolundan çıxarmayan 29 yaşlı oyunçu futbolinfo.az saytının suallarını cavablandırıb.

– İki aydır yaşıl meydanlardan uzaq qalmısınız. Hazırda təklifiniz və ya danışıq apardığınız klub var?

– Mövsümün bitməsini gözləyirəm. Qaydalara görə indi hansısa komandada oynaya bilmərəm. Ona görə də yeni çempionatı gözləməliyəm.

– Futboldan tamamilə uzaqlaşmısınız? Bu müddətdə oynamadan qalmağınız sizə necə təsir edir?

– Uzaqlaşmamışam, məşqlərimi edirəm, özümü formada saxlamağa çalışıram. Əlbəttə ki, hazırki durumum mənə pis təsir edir. Nə qədər məşq etsəm də, mövsümün sonuna kimi oyunsuz qalmağa məcburam.

– Başqa ölkəyə getmək variantını nəzərdən keçirmisiniz?

– Əslində, menecerimlə bu fikri nəzərdən keçirmişdik. Amma mən klubsuz qalanda gec idi. Başqa ölkədə komanda tapmaq o qədər də asan deyil.

– Ötən yay "Səbail" Premyer Liqanı tərk edəndə çox futbolçudan fərqli olaraq komandanı tərk etmədiniz. Düşdüyünüz vəziyyətdən sonra buna görə peşman oldunuz?

– Təklifim var idi, amma mən komandamı pis vəziyyətdə qoyub getmədim. Buna görə peşman deyiləm. Bu da gələcək üçün mənə bir təcrübədir. Keçmiş keçmişdə qaldı, gələcəyə baxıram. Ümidim var, öz üzərimdə işləyirəm, məşqlərimi edirəm. Bir şans yaranarsa, bundan maksimum yararlanaraq özümü sübut edəcəyəm.

– Bəs komandadan uzaqlaşmağınıza səbəb olan Adil Şükürovdan incikliyiniz qalıb?

– Xeyr, oldu-keçdi. Belə şeylər həyatda başımıza gələ bilir.

– Hazırda qeyri-rəsmi də olsa, sizinlə maraqlanan klub var?

– Real yoxdur. Bu məsələdə mövsümün bitməsini gözləməyi seçdim. Lazımsız bir yerə getməkdənsə, gözləmək daha yaxşıdır.

– Komanda seçərkən nəyə üstünlük verəcəksiniz?

– Mənim indiki vəziyyətdə seçim etmək kimi lüksüm yoxdur, bir yerdən başlayacağam, inşallah. Mən reallığı deyən və bilən adamam. Hara olacaq, hansı liqa olacaq – inanın ki, bilmirəm.

– Yəni sırf Premyer Liqa olmasa da olar?

– Mənə inanan, dəstək olmaq istəyən məşqçi olsa, əlbəttə ki, Premyer Liqada olmaq istəyirəm. Olmasa, ölkə xaricini nəzərdən keçirəcəyəm. Vaxt gəlsin, görək necə olur, ondan sonra qərar verəcəyəm.

– Qardaşınız Fərid Nəbiyevin "Kəpəz"dəki oyunlarını izləyirsinizmi?

– İzləyirəm, son dövrlərdə özünə gəlib, yaxşıdır, amma daha yaxşı ola bilər. İstedadı buna deməyə imkan verir. Qardaşımdır deyə demirəm, daim danışırıq. Mən ona çox inanıram, inanıram ki, istədiyi yerə çatacaq.

– Sizcə, Fərid daha güclü futbolçudur, yoxsa siz? Ümumiyyətlə, özünüzü onunla müqayisədə hansı cəhətlərdə üstün hesab edirsiniz, hansı məqamlarda isə ondan öyrənməli olduğunuzu düşünürsünüz?

– Qardaşım məndən istedadlıdır. Mən futbol baxımından özümü Fəriddən üstün görmürəm. Hə, təcrübə baxımından üstün ola bilərəm, bu da yaşla və yaşanmışlarla bağlıdır. Mövqelərimiz də fərqlidir: mən müdafiəçiyəm, Fərid hücuma meyilli futbolçudur.

– Yaşanmışlar deyərkən nədən peşmansınız?

– Peşman olduğum məqamlar var, amma bunu danışmayacağam. Buna mən təcrübə kimi baxıram ki, bugünkü Yusifi formalaşdırıb. Bu qədər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər