AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Sport24.az assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən "Eagles Nest Stadium"da baş tutacaq.