"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən "Kəpəz"də çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.