"Kəpəz" klubu komandanın braziliyalı futbolçusu Vitor Feijao ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
İdman.Biz xəbər verir ki, klub Feijaoya burada keçirdiyi müddət ərzində göstərdiyi xidmətlərə görə təşəkkür edib və futbolçuya növbəti karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün əvvəlində komandaya cəlb olunmuşdu. Feijao bu müddətdə 9 çempionat oyununda 1 qol vurub.