Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, "Kəpəz" klubunun ilk hissədən sonra 3:0 üstünlüyü var.
15:18
Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyununda ilk hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, "Kəpəz" klubu ilk hissədən sonra 3:0 irəlidədir.
15:10
Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 40-cı dəqiqədə Luis Paçu penalti zərbəsini dəqiq yerinə yetirərək "Kəpəz" komandasını hesabda irəli çıxarıb - 3:0.
14:49
Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyununda yenidən hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 19-cu dəqiqədə Luis Paçu "Kəpəz" klubunu hesabda irəli çıxarıb - 2:0.
14:33
Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 2-ci dəqiqədə Ryonosuke Ohori "Kəpəz" klubunu hesabda irəli çıxarıb - 1:0.
14:30
Misli Premyer Liqasının 22-ci turunun "Kəpəz" - "Sumqayıt" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rəşad Əhmədov idarə edir.
13:37
"Kəpəz" Misli Premyer Liqasının 22-ci turunda Yevlax şəhər stadionunda "Sumqayıt"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 14:30-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Kəpəz": 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov.
Baş məşqçi: Azər Bağırov.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
09:08
Bu gün futbol üzrə Misli Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Yevlax şəhər stadionunda start veriləcək.
Günün ilk yarısında "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. "Kəpəz" 13 xalla turnir cədvəlinin on birinci pilləsində yer alıb. 31 xala malik "Sumqayıt" isə altıncıdır.
Misli Premyer Liqası
İkinci dövrə, 22-ci tur
27 fevral (cümə)
14:30. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Ramil Diniyev
Yevlax şəhər stadionu
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.